Bu il Unlimited: Lazımi Tədbirlərin Görülməsi proqramı çərçivəsində daha maraqlı tədbirlər təşkil olunur. 

Bu ilin fevral və mart aylarında British Council Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Təhsil Nazirliyi və Sabah Qrupu ilə birlikdə Kerin Çepmen və DOM teatrının rejissoru Tərlan Rəsulovun rəhbərliyi altında interaktiv teatr texnikalarına əsaslanan ifa üzərinə işə başlamışdır. "Bir günəş altında" pyesi Bakının müxtəlif səhnələrində Azərbaycan dilində nümayış olunmuşdur. Martın 9-da Gənc Tamaşaçılar Teatrında isə  tamaşanın premyerası baş tutmuşdur. Pyesdə öz həyat hekayəsini canlandıran Murad Məmmədovun həyat təcrübələrindən, tamaşaçıya özünü baş qəhrəmanın yerində təsəvvür etmək, həyata onun gözüylə baxmaq və onun qarşısında duran seçimləri götür-qoy etmək imkanı verən  "Forum-teatr metodları"ndan - teatra interaktiv yanaşmadan istifadə olunmuşdur. Artıq Cənab Məmmədov mədəniyyətin bu dərəcədə müstəsna xarakter daşımalı olmasının səbəbini təkbaşına araşdırmır, hazırda Azərbaycan cəmiyyətinin bütün üzvləri bu sualın cavabını tapmağa çalışır.

Mart ayının sonunda eşitmə qabiliyyəti məhdud olan rəqqaslardan ibarət "Deaf Men Dancing" rəqs ansamblı tərəfdaşların məkanlarında açıq səma altında "Ten" adlı misli görünməmiş yeni rəqs tamaşası ilə çıxış etmişdir. Tamaşada Böyük Britaniyanın səfiri iştirak etmişdir.

Fəaliyyətimiz haqqında ən son xəbərləri almaq, yeniliklərdən xəbərdar olmaq və tədbirlərimizdə iştirak etmək üçün sosial media kanallarımızı izləməyiniz xahiş olunur. İncəsənət ictimaiyyətimizin daha inklüziv xarakter daşımasını təmin etməkdə bizə yardımçı olmaq, ideya və təcrübələrinizi bölüşmək istəyirsinizsə, e-poçt vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Proqramımız TV və ənənəvi mediada: