Living and studying in the UK

Rəngarəng landşaftlara malik və zəngin mədəniyyətə sahib olan bir ölkədə təhsil almaq və bütün dünyadan dostlar qazanmaq və digər imkanları ilə Birləşmiş Krallqda əldə etdiyiniz təcrübə sizin həyatınızı dəyişəcək.

Birləşmiş Krallıqda yaşamaq və təhsil almaq barədə daha ətraflı məlumat əldə edin və təcrübənizdən zövq almaq üçün hazırlıqlı olun. 

Birləşmiş Krallığın regionları

Birləşmi. Krallıq 4 ölkədən ibarətdir – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya. Bu ölkələrin hər biri fərqli mədəniyyətləri və təbiəti ilə müxtəlif yaşayış və təhsil imkanları vəd edir. Siz səs-küylü şəhərlərdən başlayaraq qarla örtülmüş dağlaradək, yaşıl təpələrdən hündürlüklərə və adalaradək Birləşmiş Krallıq təhsil almaq üçün gözəl bir məkandır və bu ölkəni mütlək gəzib dolaşmaq lazımdır.  

Çox da böyük olmayan ərazisi və rahat nəqliyyatı imkan yaradır ki, siz Birləşmiş Krallıqda olarkən ölkənin bütün görkəmli yerlərinə baş çəkəsiniz.

Tələbə həyatı

Siz Birləşmiş Krallıqda öz istəklərinizə və seçiminizə uyğun tələbə həyatı yaşaya bilərsiniz. Təcrübənizdən zövq almaq üçün siz müxtəlif imkanlardan istifadə edərək, yeni məlumatlar, biliklər əldə edə bilər və çoxsaylı dostlar qazana bilərsiniz. 

Hər bir tədris ilinin başlanğıcında universitetlər yeni gələn tələbələri salamlamaq üçün ‘Welcome Week’ (Salamlama Həftəsi) təşkil edirlər. Bu tədbir bəzən ‘Freshers’ Week’ (Yeni gələnlərin həftəsi) də adlandırılır. Bu vaxt ərzində universitetlərin klubları və tələbə cəmiyyətləri yeni üzvlərlə tanışlıq üçün müxtəlif tədbirlər təşkil edirlər. Bu tədbirlər universitetlə tanışlıq və məlumatlılıq baxımından əla imkandır. 

Universitetlərin böyük əksəriyyətinin çoxsaylı klubları və cəmiyyətləri fəaliyyət göstərir ki, bu da hər bir tələbənin istəyinə uyğun tədbir və ya fəaliyyətə qoşulmasına imkan yaradır. Siz siyasi məsələlərlə, kulinariya, musiqi, rəqs və ya uzgüçülük və s. ilə maraqlanırsınızsa istəyinizə uyğun klub və ya qrupa qoşulmaq seçiminiz olacaq.  

Klub və cəmiyyətlərə qoşulmaq, həm də sizinlə həmfikir və oxşar dünya görüşü olan şəxslərlə tanışlıq və birgə əyləncəli vaxt keçirmək imkanını yaradır. Bu da öz növbəsində sizin təhsil təcrübənizi daha da genişləndirərək CV-nizə dəyər qazandıracaq daha çox qabiliyyətlərin əlavə edilməsinə səbəb olacaq. Bir çox cəmiyyətlər tədbirlərin təşkili, xeyriyyə məqsədilə kampaniyalar keçirilərək pulun toplanması və ya könüllülük imkanları təklif edir, bütün bu fəaliyyətlər isə iş axtararkən işəgötürənlər tərəfindən müsbət keyfiyyətlər olaraq dəyərləndirilir. 

Birləşmiş Krallıqda hava

Birləşmiş Krallıq yagışlı havası ilə tanınır, bu isə havanın dəyişkən olması ilə əlaqələndirilir. Birləşmiş Krallıqda ilin istənilən vaxtı və ya günü yagış yağa bilər, belə ki, eyni gün ərzində siz həm parlaq günəşi, külək əsintisini, həm də soyuq yağışı müşahidə edə bilərsiniz. 

Ancaq havanın necə olmasından asılı olmayaraq, münasib seçilmiş geyiminizlə siz Birləşmiş Krallıqdan zövq ala bilərsiniz. 

Bütün dinlərə hörmətlə yanaşma

Birləşmiş Krallığın rəsmi dövlət dininin xristian dini olmasına baxmayaraq, ölkədə bütün dinlərə hörmətlə yanaşılır. 

Briləşmiş Krallıqda irqi, dini və ya milliyyətinə görə ayrıseçkilik etmək qanuna görə ziddir. Hər kəsə öz inamına görə hörmətlə yanaşılır və eyni münasibət qarşılıqlı şəkildə gözlənilir. 

Study UK: Discover You

Birləşmiş Krallıqda yaşamaq və təhsil almaq barədə daha ətraflı məlumat almaq istəyirsiniz? O zaman British Council-ın beynəlxalq tələbələrin Birləşmiş Krallıqda təhsili üzrə rəsmi vebsaytına baş çəkə bilərsiniz - Study UK: Discover You.