Craftıng Futures proqramı British Council-ın sənətkarlığın gələcəyini, sənətkarlıq təcrübələrini və sənətkarları dəstəkləyən üç illik qlobal proqramı idi.

Craftıng Futures proqramı British Council-ın sənətkarlığın gələcəyini, sənətkarlıq təcrübələrini və sənətkarları dəstəkləyən üç illik qlobal proqramı idi.

Azərbaycanda Crafting Futures proqramı Plimut İncəsənət Universiteti, "ASMART" yaradıcılıq mərkəzi və Dövlət Turizm Agentliyi ilə tərəfdaşlıq şərtlərində aşağıdakı məqsədlərlə hazırlanmışdı:

  • Sənətkarlıq məmulatları və onların hər bir ölkədə sənət təhsili ilə əlaqəsi haqqında anlayış vermək.
  • Hər bir ölkədə sənətkarlıq sahəsinin inkişafını dəstəkləmək üçün yeni təhsil proqramı yaratmaq.
  • Sənətkarlar arasında istehsal, biznes və marketinq bacarıqlarının inkişaf etdirilməsi ilə hər bir ölkədə sənətkarlıq sahəsinin davamlılıq və dayanıqlılığını təkmilləşdirmək.
  • Hər bir ölkədə sənətkarlıq sahəsinin beynəlxalq profili və nüfuzunu artırmaq.

Bu məqsədlər iki paralel iş istiqaməti vasitəsilə reallaşdırılmalı idi:

  1. Sənət təhsilinin araşdırılması: müxtəlif nəsillərin nümayəndələrinin bir-birindən öyrəndiyi ev və icma əsaslı təlimə xüsusi maraq göstərilməsi ilə formal və qeyri-formal təhsildə fərqli mədəniyyətlərə xas pedaqoji təcrübələrin araşdırılması.
  2. Təhsil: Plimut İncəsənət Universitetinin Yaradıcı təlim yanaşması əsasında sənətkarlığın öyrənilməsi üçün yeni təlim alətləri və metodlarının yaradılması.

Bu bölmədə