Equal Opportunity and Diversity
Equal Opportunity and Diversity images

British Council Birləşmiş Kraqllıqda və digər ölkələrdə yaşayan insanlar üçün beynəlxalq imkanlar təmin edir və onlar arasında inam yaradır. Fəaliyyətimiz müxtəlif keçmişə və mədəniyyətlərə malik insanlarlarla münasibətlərin qurulmasından ibarətdir. Müxtəlifliyə yol açmaq və bərabər imkanları artırmaq fəaliyyətimizin başlıca hissəsidir.

Müxtəliflik tanınmayan və dəyərləndirilməyən yerdə bərabər imkanlar da ola bilməz. Bərabər imkanlar və müxtəliflik arasında fərq və hədəf seçdiyimiz yeddi sahə haqqında ətraflı məlumat.

Bərabərlik

İmkanların bərabərliyi insanlara ədalətli və qərəzsiz yanaşma, habelə müxtəlifliyi stimullaşdıran və dəyərləndirən və ləyaqəti yüksəldən iş yerlərində və böyük cəmiyyətlərdə şəraitlərin yaradılması deməkdir. Bu həm də pozulan tarazlıqların bərpa olunması, eləcə də müştərilər, alıcılar təchizatçılarla münasibətlərin konstruktiv şəkildə aparılmasını təmin olunması anlamına gəlir ki, bu da öz növbəsində insanların düzgün şəkildə cəlb olunmasına kömək edir və ədalətsiz ayrı-seçkiliklərin baş verməsinə yol vermir.

Müxtəliflik

Müxtəliflik bir təşkilatdan və bu təşkilatda və ya onunla işləyən insanlardan faydalanan inkluziv mühit və təcrübələrin yaranmasına yönəlmişdir. İnsanların müxtəlif sahələrdə bir-birindən fərqli olması faktını nəzərə alır. Bu fərqlərin anlayaraq dəyərləndirilməsi və effektiv şəkildə idarə olunması nəticəsində daha geniş iştirakçılığa nail olmaq olar ki, bu fərdi, qrup və təşkilati səviyyədə uğura yol açır.

Bərabər imkanlar və müxtəliflikdən söz açarkən diqqət yeddi əsas sahəyə yönəlir:

  • Yaş

  • Əlillik
  • 
İrq/Etnik xüsusiyyət
  • 
Gender (transgenderlər daxil olmaqla)
  • 
Din/Etiqad və mədəniyyət 

  • Cinsi orientasiya
  • 
İş həyatında tarazlıq

Biz bərabərliyi və müxtəlifliyi gücləndirmək üçün bir sıra siyasətlər hazırlamışıq və bu siyasətlərin həyata keçirilməsində tərəqqimizi izləmək və qiymətləndirmək üçün bir sıra vasitələrdən istifadə edirik. İnanırıq ki, bərabər imkanları və müxtəlifliyi idarə etməyin ən yaxşı yolu onların bütün proseslərdə və funksiyalarda yaradılmasının (bu siyasətləri yaradılması ilə bağlı qərarların tərkib hissəsi hesab olunur) və əvvəldən axıra kimi bütün proqramların planlaşdırılmasında təqdim olunmasından təmin olunmasından ibarətdir. Biz bərabərlik və müxtəliflik prinsiplərinin və təcrübələrinin həyata keçirilməsi deyəndə məhz bunu nəzərdə tuturuq.