Avropa Azərbaycan Məktəbi (İbtidai Təhsil Binası) 7C Həsən Məcidov, Yasamal rayonu, Bakı

Haqqında

Partnyorumuzun məkanları bilik qazanmağa maraq oyadan mühitə malikdir və Mərkəzi Nəbatat Bağının yaxınlığında yerləşir. Bu yerə avtomobillə asanlıqla və qısa müddətdə çatmaq mümkündür. Bina uşaqların təhlükəsizliyi və müyəssərliklə bağlı ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunub və həm uşaqların, həm də yeniyetmələrin dərslər və tənəffüslər zamanı, bir sözlə məktəb binasından çıxana qədər təhlükəsizliyini təmin edir.

Oktyabr ayında yeni dərs ilinin başlanması münasibətilə mərkəzimizi açıq elan edirik.  “Primary Plus” (6-10 yaş) və “Secondary Plus” (11-17 yaş) kurslarımız uşaqlar və yeniyetmələrə ingilis dilini öyrənmək imkanı verəcək.

British Council-ın bütün tədris müəssisələri uşaqların təhlükəsizliyi və müyəssərliklə bağlı ən yüksək standartlara cavab verir.

Avropa Azərbaycan Məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilmiş özəl məktəbdir. O, nüfuzlu Beynəlxalq Məktəblər Şurasının (MDB) yüksək keyfiyyətli beynəlxalq təhsilin təmin edilməsi öhdəliklərini sübut edən akkreditasiyasını qazanıb. 2012-ci ildə 95 şagirdlə fəaliyyətə başlayan məktəbdə hazırda 1700-dən çox şagird təhsil alır.

Avropa Azərbaycan Məktəbi bütün maraqlı tərəfləri ünsiyyət və əməkdaşlıq vasitəsilə bir araya gətirmək, məktəbi müzakirələr, tolerantlıq və açıqfikirliliyin azad olduğu məkana çevirmək yanaşmasını təbliğ edir.

Əlaqə və məkan

Tədris mərkəzinin ünvanı və yeri

Avropa Azərbaycan Məktəbində kurslar

İbtidai Təhsil Binası

7C Həsən Məcidov, Yasamal rayonu, Bakı

Bizimlə əlaqə

T: (+994 12) 497 1593

E-mail: enquiries@britishcouncil.az           

Müştəri Xidmətlərinin iş saatı

Bazar ertəsi - Cümə 09.30-17.30 (nahar fasiləsi 13.00-14.00)

Şərait

Avropa Azərbaycan Məktəbi həm müasir estetika, həm də qabaqcıl texnologiyaların nəzərə alınması ilə dizayn edilmiş ilhamverici və innovativ öyrənmə mühiti təmin edir. Məktəbin dayanıqlılıq prinsiplərinə sadiqliyi qabaqcıl texnologiyaların istifadəsi və tələbələrimiz üçün sağlam və ekoloji təmiz məkanın təmin edilməsində təzahür edir.

Sinif otaqları təlimin daha effektiv şəkildə aparılması üçün ən son təhsil texnologiyaları və şəraitlə təchiz edilib:

  • İnteraktiv Lövhələr: Şagirdlərin dinamik və interaktiv dərslərə cəlb edilməsi.
  • Multimedia Sistemləri: Audio-vizual vəsaitlər vasitəsilə müxtəlif öyrənmə üslublarının dəstəklənməsi.
  • Uşaqlar üçün Təhlükəsiz Wi-Fi Girişi: Təhsil üçün təhlükəsiz internet bağlantısının təmin edilməsi.
  • Rahat və Şagirdlərin yaşına uyğun Mebel: Bütün tələbələrin rahat və dəstəkləyici mühitdə öyrənməsinin təmin edilməsi.