British Council peşəkar insanların öz potensialını artırmasına və karyera yüksəlişinə nail olmasına şərait yaratmaq məqsədilə müxtəlif peşəkar və universitet imtahanları təşkil edir. Beynəlxalq səviyyədə tanınan bu imtahanlar bəzən şirkət və müəssisələrin yeni və mövcud işçilər üçün qoyduğu qaçılmaz tələb xarakteri alır.

Britaniya universitetlərinə, institut və kolleclərinə imtahan vermək, təhsilinizi başa vurmaq və öz biliklərinizi daha da artırmaq istəyirsinizsə Britaniyanın Azərbaycandakı səfirliyi sizə gözəl imkanlar təklif edir. British Council Azərbaycanda rəsmi və səlahiyyətli orqan kimi Azərbaycan və Böyük Britaniya araında təhsil bağlantısı rolu oynayır.

Azərbaycanda British Council İmtahan Xidmətləri:

  • bütün imtahan orqanlarında və təhsil müəssisələrinda qaydalara ciddi şəkildə riayət olunmasını təmin edir;
  • imtahan vərəqlərinin gizli qəbuluna və saxlanmasına təminat verir;
  • imtahan aparıldığı məkanda müvafiq şərait və yüsək nəzarəti təmin edir;
  • imtahan orqanının təlimatına əsasən gizli şəkildə qaytarılmasına (adətən beynəlxalq kuryer tərəfindən) təminat verir;

Lazım gəldikdə namizədlərə göstərdiyi nəticə ilə bağlı məlumat verir.

Ödənişin geri qaytarılması

Əgər Siz ödənişin geri qaytarılmasını istəyirsinizsə, bu tələbi irəli sürməzdən əvvəl ödənişin geri qaytarılması haqqında siyasətimizlə tanış olmağınız xahiş olunur.

İmtahan ödənişləri geri qaytarılarkən inzibati cərimə olaraq məbləğdən 25% tutulur.

İmtahanların ləğvi barədə məlumat 2 və daha az müddətdə verilərsə, ödəniş geri qaytarılmır.

Bu bölmədə