Müştəri xidmətləri komandamız British Council və onun proqram və fəaliyyətləri ilə bağlı məlumat verir və təlimatlandırır.
Müştəri xidmətləri komandası ilə əlaqə yaratmaq ödənişsizdir. Lakin haqqında məlumat verdiyimiz və ya tövsiyyələr etdiyimiz bəzi British Council məhsulları və xidmətləri var ki, onlara ödəniş daxildir.
Fikilərinizi dəyərləndiririk
British Council çalışdığımız hər kəs üçün şəffaf, yüksək keyfiyyətli və əlçatan xidmət təmin edir və sizə mükəmməl bir təcrübə yaşatmağı arzu edirik. Bizimlə əlaqə saxladığınız zaman sizə göstərilən xidmət və ya hər hansı istifadə etdiyiniz məhsul və xidmətlərimiz barədə şərh və təkliflərinizi eşitmək istəyirik.
Biz həmçinin bilirik ki, bəzən səhvliklər ola bilər və burada bizim şikayət siyasətimiz köməyə çatır. Şərh və şikayətiniz varsa bizimlə danışmağınız arzuolunandır. Beləliklə, bu, səhvlərimizi öyrənməyimizə və xidmətlərimizi mümkün olduğu qədər inkişaf etdirməyimizə kömək edəcək.
Biz nə edəcəyik
Şikayətinizin mövzusundan , dünyanın harasında olmağınızdan və ya hansı vasitə ilə bizimlə əlaqə saxlamağınızdan asılı olmayaraq sizinlə ciddi və qərəzsiz şəkildə məşğul olunacaq. Biz şikayətinizi üç gün ərzində cavablandırmağa və 10 gün ərzində həll etməyə çalışacağıq. Mürəkkəb məsələlərdə, şikayətinizin həlli uzandıqda ("Şikayətinizin idarə olunması" qaydalarında qeyd olunduğu kimi) əlavə müddət tətbiq olunacaq və sizi bu barədə məlumatlandıracağıq.
Biz şikayətinizə səbəb olan səhvləri mümkün qədər düzəltmək istəyir və məsələləri tez və ədalətli şəkildə həll etmək üçün çalışırıq. Səhvin səbəbini izah edəcək və vəziyyəti düzəltmək üçün tədbir görəcəyik.
Bəzən biz müəyyən hallarda sizdən yalnız üzr istəyə bilərik, lakin yenə də sizin rəyinizdən gələcək inkişafla bağlı tövsiyyələr hazırlamaq üçün istifadə edəcəyik.
Necə şikayət etməli
Şikayətinizi email, məktub və ya telefon vasitəsiylə edə bilərsiniz, ancaq biz şikayətinizi mümkün qədər yazılı formada etməyinizi istəyərdik. Bütün şikayətlər tədbirin keçirildiyi və ya məsələnin diqqətinizi cəlb etdiyi tarixdən etibarən 90 gün müddətində edilməlidir.
Birləşmiş Krallıqdan kənarda
Azərbaycanda bizimlə əlaqə saxlayın.
Birləşmiş Krallıqda
British Councilın Birləşmiş Krallıq Müştəri Xidmətləri ilə əlaqə saxlayın
Telefon: +44 (0)161 957 7755
Email: Onlayn formanı doldurun: www.britishcouncil.org/contact
Yazın:
British Council Customer Service UK, Bridgewater House, 58 Whitworth Street, Manchester M1 6BB, UK
Unutmayın ki, biz yalnız müştərimizdən, məsələn imtahan namizədimiz və ya British Councilın proqramında iştırak edən təşkilatın təsdiq olunmuş nümayəndəsi tərəfindən gələn şikayətlərlə məşğul olur və sadəcə onlarla şəxsi məlumatları müzakirə edirik.
Sizin adınızdan üçüncü tərəfin müraciət etməsini istəyə bilərsiniz və bu başqa bir şəxs və ya təşkilat ola bilər. Üçüncü tərəflər məsləhət təşkilatları; vəkil və ya təhsil mütəxassisləri kimi peşəkarlar və ya ailə üzvləri və dostlar ola bilərlər. Belə olduğu halda siz yazılı formada razılıq verməlisiniz. Bu barədə daha ətraflı məlumatı bizə şikayət etdiyiniz zaman öyrənə bilərsiniz.
Şikayətinizin həlli
Biz məsələlərin çoxunu ilk müraciətinizdə həll etmək istəyirik. Danışdığınız əməkdaşımız məsələni mümkün qədər həll etməyə çalışacaq, lakin onun bəzən başqa əməkdaşların köməyinə ehtiyacı ola bilər.
Bəzi hallarda, siz cavabınızı aidiyyatı şəxs və ya şöbədən ala bilərsiniz. Nadir hallarda, şikayətiniz ciddi xarakter daşıdıqda, şikayətin nəticəsindən narazı qaldığınızda məsələ yuxarı instansiyalara ötürülə bilər. Bu barədə daha ətraflı məlumatı bizə şikayət etdiyiniz zaman öyrənə bilərsiniz.
Həll yolları
İzlədiyimiz əsas prinsip mümkün qədər şikayətçiləri problemin yaşanmamış olduğu vəziyyətə qaytarmaqdır.
Məqsədimiz praktik həll yolları təmin etməkdir. Promlem yaşandıqda:
- Üzr istəyir və məsuliyyət götürürük.
- Səhvimizi qəbul edir və səhvin nə olduğunu və səbəbini izah edirik.
- Vaxtında məsələni qaydaya qoymağa çalışırıq.
- Şikayətlərinizdən xidmətlərimizin inkişafı üçün dərs çıxarırıq.
Məxfilik
Şikayətinizin məxfiliyi Qlobal İnformasiya Təhlükəsizliyi və Məxfilik siyasətimizə uyğun olaraq tam qorunur. Sizin haqqınızdakı məlumat yalnız şikəyəti araşdırmaq və həll etmək üçün daxildə istifadə edilir. Məlumatınızın üçüncü tərəflərə ötürülməsi yalnız sizin razılığınız əsasında və ya hüquqi olaraq buna məcburuqsa həyata keçirilir.
Birləşmiş Krallığın məlumatların qorunması qanununa uyğun olaraq barənizdə bizdə olan məlumatların bir nüsxəsini istəmə və məlumatlardakı səhvliyi düzəltmə haqqınız var.
Bu barədə əlavə məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın və ya saytımıza daxil olun: www.britishcouncil.org/privacy
Xarici baxış
Şikayətiniz xüsusi ciddi xarakter daşıdıqda və daxili səviyyədə yüksək instansiyalara çatdığı halda narazılığınız olarsa biz sizinlə əlaqə yaradaraq məsələnizin dəyərləndirilməsi üçün müstəqil təftiş komissiyasına təqdim etməyin yolları barədə məlumat verəcəyik.
Əlaqələndirmə
Biz birbaşa sizin sualınıza cavab verə bilmədikdə təşkilatımızda bilən şəxsə istiqamətləndirəcəyik. Xüsusi sorğunuz varsa lakin kimə müraciət edəcəyinizi bilmirsinizsə biz sizi aidiyyatı şəxs və ya komandanın əlaqə məlumatını verəcəyik. Əməkdaşlarımız səlis ingilis dilinin istifadəsi üzrə təlim keçiblər və məlumatların mümkün olduğu qədər aydın olmasına çalışırıq. Biz həmçinin ehtiyac olduqda məlumatları Braille kimi xüsusi formatlarda təmin edə bilərik.