İNDİ İZLƏYİN

Festival, 2021-ci il 22 Yanvar və 22 Fevral tarixləri arasında onlayn formatda, CoolConnections incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçiriləcəkdir. Altıncı buraxılış Böyük Britaniyanın Bakıdakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçiriləcəkdir.

British Council 2021-ci il buraxılışında, bütün cəmiyyətlərdə tam və bərabər hüquqlu üzv kimi hər kəsin təkmilləşə biləcəyi bir dünyanı təbliğ edərək, əsas diqqəti əsrarəngiz qadınların lentə köçürülmüş qeyri-adi hekayələrinə çəkir. Böyük Britaniya Film Festivalı, filmlər vasitəsilə bərabərlik, müxtəliflik və inklüzivlik kimi başlıca dəyərlərimizə sadiqliyimizin təməl daşıdır. Bütün filmlər İngilis dilində, Azərbaycan dilində alt yazılar müşayiətində nümayiş etdiriləcəkdir.

#BöyükBritaniyaFilmFestivalı Pres Reliz

Bu ilin filmləri: