Birtaniya kitabxanasında tələbələr © James Glossop British Council üçün

 Birləşmiş Krallığı seçsəniz həyatınızı dəyişəcək beynəlxalq təhsildən faydalanacaq, ödədiyiniz pulun qarşılığını alacağınıza əmin olacaqsınız.

Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı və SOCAR təqaüd proqramları xətti ilə təhsil imkanları

Dövlət Proqramı dünyanın ən yüksək universitetlərində təhsil almaq üçün Azərbaycanlı tələbələrə təqaüdlər ayırır. Təqaüdlər üçün müəyyən olunmuş meyar və tələblər, habelə təqaüd üçün müraciət qaydaları ilə bağlı məlumatlar proqramın rəsmi saytında əks olunmuşdur.

2007-2015-ci tədris illərini əhatə edən Dövlət Proqramına qəbul sona çatmışdır. Proqramın davamı və ya yeni mərhələsi barədə rəsmi məlumat elan edilməmişdir.

2006-ci ildən bugünə kimi ARDNŞ öz hesabına istedadlı gənclərin Birləşmiş Krallığın və digər ölkələrin aparıcı universitetlərində təhsil almasına maliyyə yardımı göstərir. Ətraflı məlumat üçün ARDNŞ-ın rəsmi saytına daxil olun.

Təqaüd proqramları və müraciət qaydaları barədə məlumat əldə etmək üçün Study UK: Discover You səhifəsinə daxil ola bilərsiniz.