Biz müəllim təşkilatları və şəbəkələri ilə işləyirik. Öz tədris bacarıqlarınızı və peşəkar şəbəkələrinizi inkişaf etdirməyin yollarını müəyyənləşdirin.
Azərbaycan İngİlİs dİlİ Müəllİmlərİ Bİrlİyİ (AzETA)
AzETA Azərbaycanın ingilis dili müəllimlərinin peşəkar qeyri-hökumət təşkilatıdır. Bu təşkilat ölkə üzrə 1,200 ingilis dili müəllimini birləşdirir. Təşkilat 1995-ci ildə yaradılmış və 1996-cı ildə rəsmi qeydiyyatdan keçmişdir. Yaradıldığı gündən bəri AzETA Britaniyanın Azərbaycandakı səfirliyi ilə yaxından əməkdaşlıq edir. 2005-i ilin avqust ayından etibarən AzETA, xarici dil kimi İngilis dili müəllimlərinin Beynəlxalq Birliyinin üzvüdür. Daha ətraflı məlumat əldə etmək üçün AzETA-nın rəsmi internet səhifəsinə daxil olun.
Xarİcİ dİl kİmİ İngİlİs dİlİ müəllİmlərİnİn Beynəlxalq Bİrlİyİ (IATEFL)
IATEFL 4,000 İngilis dili peşəkarının dünya miqyaslı cəmiyyətidir. Növbəti illik konfrans haqqında məlumat əldə etmək üçün IATEFL internet səhifəsinə daxil olun.