İngilis dilinin tədrisi üçün qlobal mükafatlar 

On yeddi ildir təşkil olunan "ELTons" mükafatları çərçivəsində bütün dünyada ingilis dilini öyrənən və tədris edən insanların məqsədlərinə nail olmasına kömək etmək üçün yeni yollar aşkar edən ən orijinal kurslar, nəşrlər, layihələr, proqram və platformalar qiymətləndirilir.

Mükafatlandırma zamanı orijinal yanaşmaları ilə ingilis dili tədrisi və təliminin gələcəyinin formalaşdırılmasına töhfə verən təşkilat, komanda və şəxslər də nəzərdən qaçırılmır.

Müraciət üçün vaxt artıq bitib. İkinci turla bağlı nəticələr Dekabr ayında elan olunacaq.