About British Council Arts
About British Council Arts image

İncəsənət vasitəsilə beynəlxalq anlaşma yaratmaq

İncəsənət British Council üçün əsas fəaliyyət sektoru hesab olunur. Bizim missiyamız incəsənət vasitəsilə bir araya gəlməyin və bir-birimizi başa düşməyin yeni yollarını axtarmaqdır. Qlobal səviyyədə 2015-ci ilə qədər yeddi yüz əlli mindən çox rəssamı, mədəniyyət lideri və naziri, habelə yarım milyondan çox sərgi, festival, tədbir və fəaliyyət iştirakçısını bir araya gətirməyi qarşımıza məqsəd qoymuşuq.

İncəsənət komandamız Azərbaycanda ilhamverici tədbirlər təşkil etmək, eləcə də rəssamlar və mədəni institutlarlarla əməkdaşlıqlar qurmaq üçün yüksək Britaniya yaradıcılıq istedadı ilə səy göstərir. 

İncəsənət sahəsində həyata keçirdiyimiz layihələr və qaynar mövzularla bağlı ən son məlumatlar üçün British Council-ın qlobal İncəsənət Bülleteninə abunə olun.

Dram və Rəqs 

Dram və Rəqs komandamız məşhur və innovativ Britaniya əsaslərini bütün dünyaya tanıtdırmaq məqsədilə Britaniya səhnəsinə xas incəsənət fəaliyyətləri ilə məşğuldur. Biz səfərdə tamaşalar, seminarlar, yazılı və rəqəmsal layihələr vasitəsilə Britaniya səhnəsinin beynəlxalq incəsənət mütəxəssislərinə və dünyanın dörd bir tərəfində yeni auditoriyalara təqdim edilməsinə töhfə verə bilərik.

Dəb

Biz moda sahəsində də fəaliyyət göstəririk, belə ki, mediada xüsusi diqqət çəkən və insanların emosiyaları ilə dərindən əlaqəli olan moda geniş kütlələrə cəld mesajlar ötürməkdə əvəzsiz vasitədir. Dəb fəaliyyətlərimiz haqqında ətraflı məlumat.

Film

Film komandamız Britaniya filmlərinin yenilikçi, rəngarəng, yaradıcı və mükəmməl xüsusiyyətlərini bütün dünyaya tanıtdırır. Britaniya film sənayesinin bütün janrları ilə işlədiyimizi nəzərə alaraq səhnələrə yol tapmaqda və beynəlxalq auditoriya və film mütəxəssisləri ilə əməkdaşlığınızı gücləndirməkdə sizə kömək edirik.  Britaniya səfirliyinin üç onlayn kataloqdan ibarət olan film saytı Britaniya kinematoqrafları və dünya film sevərləri üçün zənging resursdur.

Dizayn

Beynəlxalq əməkdaşlığı və yaradıcılıq mübadiləsini gücləndirmək məqsədilə Briləşmiş Krallığın ən innovativ dizayn təcrübəsini təqdim etməyi qarşımıza məqsəd qoymuşuq. Dizayn fəaliyyətlərimiz haqqında ətraflı məlumat.

Memarlıq

Memarlıq irsi və mühiti Britaniya memarlığının iki başlıca sahəsidir. Biz Birləşmiş Krallığa məxsus yüksək istedadı nümayiş etdirməkdən və onları Azərbaycan institutları ilə birləşdirməkdən qürur duyuruq. Memarlıq fəaliyyətlərimiz haqqında ətraflı məlumat.

Musiqi

Elektron  musiqidən tutmuş caz musiqisinə, milli musiqidən xalq  musiqisinə və klassik musiqidən tutmuş  indie (kiçik müstəqil pop qrupu) musiqisinə kimi Böyük Krallığın müasir musiqinin bütün janrları ilə işləyirik. Musiqi fəaliyyətlərimiz haqqında ətraflı məlumat.

Vizual İncəsənət

Vizual İncəsənət komandamız Sərgilər, tədbirlər və seminarlar vasitəsilə çağdaş Britaniya incəsənətini dünya auditoriyasına təqdim edir. British Council beynəlxalq səfər sərgi proqramlarımızda istifadə olunan və Britaniya incəsənət təcrübəsinin dünyada tanınmasına xidmət edən 8500-ə yaxın Britaniya incəsənət nümunəsi Kolleksiyası saxlayır. Britaniya səfirliyinin Kolleksiyasın onlayn müşahidə etmək üçün xüsusi sayt yaradımışdır.

Ədəbiyyat 

Ədəbiyyat komandamız gənc müəlliflərdən tutmuş məşhur müəlliflərə kimi fövqəladə Birləşmiş Krallıq yazıçılıq istedadını təmsil edir. Biz Birləşmiş Krallığın və dünyanın ədəbiyyat festivalları və platformaları ilə əməkdaşlıq edərək Britaniya yazarlarını yeni dünya auditoriyasına təqdim edir və Birləşmiş Krallıqda müxtəlif milliyyətlərə məxsus olan müəllifləri bir araya gətiririk. Biz həmçinin müxtəlif ədəbiyyat mütəxəssisləri ilə işləyir, öz biliklərimizi təcrübəmizi və imkanlarımızı  onlarla paylaşırıq.

Kreativ və Mədəni İqtisadiyyat

Kreativ və Mədəni İqtisadiyyat komandamız bu sahədə çalışan insanları bir arada tutaraq Birləşmiş Krallıq kreativ və mədəni sənayesini dünya kreativ və mədəni sənayesinə təqdim edir.  Kreativ və Mədəni İqtisadiyyat proqramı incəsənət, mədəniyyət, biznes və texnologiya arasında körpü salır. Biz sənaye mütəxəssisləri və siyasətçilərlə sıx əməkdaşlıq edir və kreativ sektorda yaranan istedadları dəstəkləyirik. Kreativ Sənaye layihəmiz barədə pdf formatındaolan faylı internetdən endirə bilərsiniz.

İki ildə bir dəfə keçirilən Edinburq sərgisi

İki ildə bir dəfə keçirilən Edinburq Sərgisi - Ərsəyə gətirilən işləri beynəlxalq təşkilatçılara təqdim etməkdə Birləşmiş Krallığın teatr truppalarına ən böyük imkan yaradan yeganə platformadır. Sözügedən sərgi avqust ayında təşkil olunur və Beynəlxalq Edinburq Festivalı ilə qismən üst-üstə düşür. Builki proqram artıq internet səhifəsində əlçatandır.

Əlaqəli linklar