Muzey mütəxəssisləri üçün Müyəssərlik və İnklüzivlik təlimi

Virtual seminarlardan ibarət olan beş günlük proqramda Azərbaycanda muzeylərin hər kəs üçün müyəssərlik və inklüzivliyi ən yüksək səviyyəyə çatdırmaq üçün əlilliyi olan insanları necə qarşılaya və fəaliyyətinə cəlb edə biləcəyi araşdırılacaq.

Proqrama daxildir:

5 ədəd üç saatlıq interaktiv sessiyada aşağıdakılar araşdırılacaq:

  • · "Müyəssərlik və inklüzivlik" nə deməkdir?
  • · Müyəssərlik və İnklüzivlik Azərbaycan muzeylərinin uğur qazanması üçün niyə vacibdir?
  • · Müyəssərlik və İnklüzivliyi layihələrin həyata keçirilmə prosesinə necə daxil etmək olar?
  • · Əlilliyi olan insanlarla necə təmasa girmək olar - başqa tərəfləri nə vaxt və necə cəlb etmək olar?
  • · Ağlabatanlıq konsepsiyası - Birləşmiş Krallıq perspektivi
  • · Təsiri necə qiymətləndirməli

Hər bir sessiya şəxsi və təşkilati inkişafı stimullaşdırmaq, həvəsləndirmək və dəstəkləmək üçün nəzərdə tutulmuşdur. Biz son dərəcə interaktiv və cəlbedici təlim üslubumuzla fəxr edirik. Sessiyalar tematik araşdırmaları və qabaqcıl nümunələri əhatə edəcək.

Təlim kimlər üçün nəzərdə tutulub?

Proqram Azərbaycanda muzeylərin fəaliyyət göstərməsində iştirak edən və müyəssərlik, inklüzivlik və əlilliyi olan insanların bərabərliyinin təşviq edilməsinə marağı olan hər kəs üçün nəzərdə tutulmuşdur.

Təlimçi haqqında

Nik Qoss Birləşmiş Krallığın bir çox böyük (və kiçik) yaradıcılıq və mədəniyyət müəssisələri üçün Müyəssərlik və İnklüzivliklə əlaqədar layihələri idarə etmiş və yönləndirmişdir. Nik bir çox təşkilatlardan, o cümlədən İncəsənət Şurası, Yaradıcılıq və Mədəniyyət sektoru və "British Council"dan sifarişlər almışdır. Nik Birləşmiş Krallığın Yaradıcılıq və Mədəniyyət sektorunda Müyəssərlik və İnklüzivliklə əlaqədar Təlim və Məsləhət xidmətləri təmin edən aparıcı təchizatçılarından birinin rəhbəridir.

Nik Qoss əlil arabası istifadəçisidir və təlimlərində peşəkar səviyyədə tətbiq edilən şəxsi təcrübəsindən faydalanır. Onun tutduğu hal-hazırki vəzifələr:

  • · Müyəssərlik üzrə Konsultant - British Council
  • · Müyəssərlik üzrə Konsultant - Historic Royal Palaces
  • · Müyəssərlik üzrə Konsultant - Muzeylər Assosiasiyası
  • · Müyəssərlik üzrə Konsultant - Kurto İncəsənət İnstitutu
  • · Müyəssərlik üzrə Konsultant - "Dulwich" Şəkil Qalereyası
  • · Müyəssərlik üzrə Konsultant - "Ambassador" Teatr Qrupu
  • · Müyəssərlik üzrə Konsultant - HQ Teatr Qrupu

"Shape Arts" haqqında

"Shape Arts" yaradıcı mükəmməlliyin qarşısında duran maneələri dəf edən əlillik yönümlü təşkilatdır. Biz fərqli sənətkarların dəstəkləndiyi, habelə mədəniyyət obyektlərinin işçi, sənətkar və tamaşaçı rolunda çıxış edən əlilliyi olan insanlar üçün daha inklüziv və müyəssər olması üçün təlimlərin keçirildiyi bir sıra layihələri reallaşdırırıq. Bu layihələr arasında HLF tərəfindən maliyyələşdirilən, Əlilliyi olan insanların hüquqları Hərəkatının qızıl əsrinin tarixçəsini insanlara çatdıran Milli Əlillik Hərəkatı Arxivi və Kolleksiyası (NDMAC) və İncəsənət Şurası və "British Council"ın maliyyə dəstəyi ilə həyata keçirilən, əlilliyi olan sənətkarların inkişaf etməsi, fəaliyyət göstərməsi, ambisiyalı və yüksək keyfiyyətli işlərini nümayiş etdirməsi üçün platforma rolunu oynayan və əlilliyi olan sənətkarların işinin böyük incəsənət dünyasında buraxdığı təəssüratın dəyişdirilməsi məqsədi daşıyan "Unlimited" layihəsi xüsusi yer tutur.