Bunu etməkdə məqsədimiz nədir?

Unlimited: Limitsiz Addımlara Doğru incəsənət və əlillik sahəsində həyata keçirilən bir proqramdır və etnik mənsubiyyətindən, yaxud fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanır. Hazırda proqramın tərkibinə seminarlar, maarifləndirici forumlar və canlı çıxışlar daxildir. 2015-ci ildə "British Council"ın proqramı qismində start götürən bu proqram o vaxtdan bəri incəsənət sahəsinə və teatr səhnəsinə, o cümlədən, regionda yaşayan məhdud imkanlı insanların həyatına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Qısaca desək, "Unlimited" proqramı start götürdüyü vaxtdan etibarən bir neçə il ərzində ürəkaçan nəticələr nümayiş etdirmiş, Azərbaycan cəmiyyətinin inkişaf etdirilməsi və burada islahatların aparılması üçün qeyri-məhdud imkanlar yaratmışdır.

Unlimited proqramının nəticələri həyata keçirildiyi bütün ölkələrdə ürəkaçandır.  Azərbaycanda yaradıcılıq fəaliyyətinə innovativ, inklüziv teatr yanaşmasından sosial dəyişiklik vasitəsi kimi istifadə olunur. Gürcüstanda məhdud imkanlı insanlar tərəfindən yaradılan incəsənəti inkişaf etdirmək üçün regiondaxili platformanın formalaşdırılması istiqamətində işlərə start verilmişdir. Ukraynada birinci xanımının böyük dəstəyi sayəsində məhdud imkanlı insanların cəmiyyətə verdiyi töhfələr ilə bağlı ictimai rəyi dəyişdirmək mümkün olmuşdur.

İncəsənət ictimaiyyətimizin daha inklüziv xarakter daşımasını təmin etməkdə bizə yardımçı olmaq, ideya və təcrübələrinizi bölüşmək istəyirsinizsə, e-mail və sosial şəbəkə səhifələrimizdə bizimlə əlaqə saxlaya bilərsiniz.

İnsanın qəlbi nələrə qadirdir? Bunu hansı vahidlə ölçərdiniz? Məhdud imkanlı azərbaycanlı motivator və bloqqer Murad Məmmədovu xatırlayaq. Əlil arabasına məhkum olan bu şəxs məhdud imkanlı insanların incəsənət sahəsindən və cəmiyyətin bir çox digər aspektlərindən təcrid olunduğu yerdə yaşamışdır. Onu yalnız bir sual narahat edirdi: niyə hər şey elə bu formada da davam etməli idi?

London şəhərində fəaliyyət göstərən, məhdud imkanlı və məhdud imkanlı olmayan rəqqaslardan ibarət olan "Candoco" rəqs ansamblı 1991-ci ildən bəri bu sualın üzərində işləmiş və Muradın sualına ən yaxşı cavabı vermişdir: məhdud imkanlı insanların incəsənət sahəsində iştirakını məhdudlaşdırmaq üçün heç bir səbəb yoxdur. Daha dəqiq desək, heç bir əsaslı səbəb yoxdur.

Bu bölməsində: