Educational exams
Educational exams image

Biz müxtəlif xarakterli peşəkar və təhsil imtahanları həyata keçirmək məqsədilə Böyük Britaniyada fəaliyyət göstərən çoxsaylı peşə və təhsil müəssisələri ilə əməkdaşlıq qurmuşuq.

Britaniya universitetində qeydiyyatdan keçərək Azərbaycanda imtahan vermək istəyirsinizsə, biz sizin müraciətinizi koordinasiya etməklə imtahanda iştirakınıza kömək edə bilərik. Əlavə məlumat üçün email vasitəsilə bizə müraciət edin.

Mütəmmadi olaraq əməkdaşlıq etdiyimiz universitetlər:

  • Edinburq Binzes Məktəbi
  • Açıq Universitet
  • London Universiteti
  • Uaruik Universiteti
  • Heriot Uatt Universiteti
  • Mançester Universiteti
  • Ridinq Universiteti
  • Brayton Kolleci
  • Birminqem
  • Ekseter Universiteti
  • Börkbek Universiteti
  • Nottinqem Trent Universiteti
  • Nyukasl Universiteti
  • Robert Qordon Universiteti

İmtina

British Council və imtahan qurumları xidmətlərin davamlılığını təmin etmək üçün bütün məsuliyyəti üzərinə götürür. Əminik ki, bizim imkanlarımız xaricində olan hallardan yaranan fasilələr üçün məsuliyyət daşımalı olmadığımızı başa düşürsünüz. İmtahanlar və ya onların nəticələri pozularsa, ləğv edilərsə və təxirə salınarsa ən qısa zamanda normal xidmətlərin təmin edilməsi üçün hər cür səy göstəriləcək. British Councilın öhdəliyi qeydiyyat ödənişinin geri qaytarılması və ya imtahanın sonrakı tarixlərdə keçirilməsindən ibarət olacaq.

Distant təhsil proqramları

Distant təhsil tələbələrin böyük çoxluğunun seçimidir və Böyük Britaniyada fəaliyyət göstərən təlim və təhsil qurumları üz-üzə təhsillə paralel və təhsil üsulunu da təklif edir.

Distant təhsilin üstünlükləri

  • Təhsil və peşə və/ya ailə qayğılarını bir arada tutmaq mümkündür
  • Sənədin razılaşdırılmış sürəti hökmündə yüksək sertifikatlar təklif edir
  • Sistem akreditasiya edilib və tanınır
  • Tələbələr öz tempinə öz qrafikinə uyğun olaraq təhsil alır
  • Təhsil xərci azalır
  • Böyük Britaniyanın yüksək səviyyəli sertifikatlarını əldə etmək üçün ölkənizi tərk etməyinizə gərək qalmır – imtahanlarınızı British Council-da verə bilərsiniz.

Məsafəli təhsil proqramı üçün qeydiyyat qaydaları

EducationUK təhsil portalımıza keçid edərək öz kursunuzu seçin və təsdiqləyin.

Məsafəli təhsil proqramınızı təsdiq etdikdən sonra:

  • İmtahanlarınızı British Council-da verməklə bağlı universitetə müraciət edin.
  • İmtahan tarixi və vaxtı adətən universitet tərəfindən təyin olunur

İmtahan qiymətləri

  • Əksər universitetlərdə imtahan materialları üçün inzibati və kuryer xərcləri namizəd tərəfindən ödənilir.
  • Kuryer xərci materialın çəkisindən və universitetin yerləşdiyi ərazidən asılıdır

Əlavə məlumata ehtiyacınız var?

İmtahanlarla bağlı əlavə məlumat üçün email vasitəsilə bizimlə əlaqə saxlayın, məlumat xidmətimizə zəng vurun (99412) 4972013 (saat 09:30-dan 17:30-a kimi, 13:00-14:00 fasilədir), yaxud da bizi Facebookda tapın.