Azərbaycanda "Şekspir xalçası" müsabiqəsi

Azərbaycanın mədəni irsi çox zəngindir və onlardan biri də Azərbaycan xalçalarıdır. Londonun V&A muzeyində dünyanın ən qədim xalçaları saxlanılır. Şekspirin anadan olmasından bir neçə on il əvvəl Cənubi Azərbaycanda toxunmuş Ərdəbil xalçası muzeydə saxlanılanların arasında ən nəfisi sayılır.   Şekspirin ad gününün Azərbaycanda onun şərəfinə toxunulmuş xalça ilə qeyd olunmasından gözəl nə ola bilər?!