Partner with us ©

Mat Wright, British Council Photos

Biz dünyanın 100-dən çox ölkəsində incəsənət və mədəniyyət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələri üzrə fəaliyyət göstəririk. Hər il 20 milyondan çox insanla üz-üzə və 500 milyondan çox insanla onlayn qaydada, yayım və nəşrlərlə görüşürük.

Azərbaycandakı tərəfdaşlarımızla 22 ildən çoxdur ki çalışırıq. Birləşmiş Krallıq və Azərbaycan arasında qarşılıqlı dostluq münasibətləri yaradırıq. Mövcud və yeni tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı davam etdirir və inkişaf etdiririk. Təhsil sistemində ingilis dili tədrisi standartları və təhsil islahatlarını dəstəkləyərək gənc əhalinin iş imkankarının inkişaf etdiririk və Azərbaycanda mədəniyyət və kreativ iqtisadiyyat qabiliyyəti yaradırıq. Layihələrimiz və fəaliyyətlərimiz Azərbaycandakı 100 minlərlə ingilis dili müəllimlərini və dil öyrənənləri, tələbələri, elmi işçiləri və geniş auditoriyanı əhatə edir.

Hədəflədiyimiz məqsədlərə çatmaqda bizə kömək edəcək tərəfdaşlarla çalışmaq istərdik. Bizim işimizi dəstəkləmək istəyirsinizsə bizimlə əlaqə saxlayın.

Azərbaycandakı tərəfdaşlarımız aşağıdakılardır:

  • Azərbaycan Respublikası Təhsil Nazirliyi
  • Mədəniyyət və Turizm Nazirliyi
  • Azərbaycan Dövlət Texniki Peşə Təhsili və Təlimi Agentliyi
  • Azərbaycanın bütün aparıcı dövlət və özəl universitetləri
  • Texniki peşə təhsili və təlimi institutları
  • Orta məktəb və liseylər
  • Britaniyanın Azərbaycandakı Səfirliyi
  • Thomson Foundation, Böyük Britaniya
  • People 1st, Böyük Britaniya
  • Scottish Qualification Authority
  • Korporativ sektor (BP, PAŞA Bank, 5-ulduzlu otellər)
  • Xaricdə təhsil agentlikləri
  • Azərbaycan-Britaniya Məzunlar Birliyi
  • İnkişaf üçün İdman İctimai Birliyi
  • Azerbaycanda İngilis Dili Müəllimləri Assosiasiyası
  • YARAT Müasir İncəsənət Mərkəzi
  • Azerbaycan Xalça Muzeyi
  • Nizami Kino Mərkəzi
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  • Bakı Ali Neft Məktəbi