Corporate training and assessments, image

Bizneslər, hökumətlər və təhsil müəssisələri ilə 80 ildən çox davam edən əməkdaşlıq təcrübəsi, praktiki və maraqlı təlim və qiymətləndirmələrin həyata keçirilməsi.

 

Təşkilatların uğur qazanmaq üçün təlim keçməsinə yardım

Biz ingilis dili kursları, peşəkar ünsiyyət bacarıqları proqramları və qiymətləndirmələr hazırlamaq və həyata keçirməklə dünyanın bir sıra aparıcı təşkilatları ilə əməkdaşlıq edirik. Müxtəlif miqyaslara uyğunlaşdırılan təlim həllərimiz kvalifikasiyalı ekspertlər tərəfindən üzbəüz və ya onlayn şəkildə çatdırılır.

Kurslarımız müxtəlif vəzifələrdə işləyən və karyeralarının müxtəlif mərhələlərində olan peşəkarlar, o cümlədən tələbələr, məzunlar, pedaqoqlar və yüksək rəhbərlik üçün münasibdir.

Biz təşkilati məqsədlərinizi anlamaq, çatışmayan bacarıqları müəyyən etmək və qrafikinizə, büdcənizə və satınalma proseslərinizə uyğun gələn təlim proqramı hazırlamaq üçün sizinlə əməkdaşlıq edəcəyik.

Özünüzə uyğun proqram hazırlayın

I addım - Konsultasiya: Təşkilatınızda çatışmayan bacarıqları və təlim məqsədlərini müəyyən etmək üçün bizimlə əməkdaşlıq edin. Konsultasiya ingilis dilində və mümkün olarsa, seçdiyiniz dildə keçiriləcək.

II addım – Layihələndirmə: Biz əməkdaşlarınızı aktual və çoxistiqamətli təlimlə təmin edən, miqyasının dəyişdirilməsi mümkün olan, fərdi təlim proqramı yaradacağıq.

III addım - Reallaşdırma: Təcrübəli təlimçilərimiz kursu sizə lazım olan vaxtda və şəkildə (üzbəüz, qarışıq və ya onlayn) keçirəcək.

IV addım - Qiymətləndirmə: Biz qiymətləndirmə formalarımız, informasiya panellərimiz və hesabatlarımızdan istifadə etməklə əməkdaşlarınızın nailiyyətləri, təlimin təsiri və kapital qoyuluşlarının gəlirliliyi haqqında hesabat yaratmağa kömək edəcəyik.

Ödənişsiz konsultasiyaya

İngilis dili və peşəkar bacarıqlarla bağlı təlim kursları

İş yerinizdə praktiki nəticələri görmək və davranışın dəyişməsinə şahid olmaq üçün dünyanın müxtəlif yerlərindən olan 80 milyondan çox tələbəyə qoşulun. Xüsusi hazırlanmış təlim kurslarımız aşağıdakıları əhatə edir:

  • üzbəüz, onlayn və qarışıq təlim seçimləri
  • iş yerində lazım olan konkret bacarıqların mənimsənilməsinə istiqamətlənmiş təlim
  • təlimin təsir dərəcəsi və kapital qoyuluşlarının gəlirliliyini izləyən alətlər

Təlim həllərimiz:

  • Peşəkar ünsiyyət bacarıqları: Biz şifahi və yazılı ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş bir sıra kurslar təklif edirik. Biz təşkilatınızın ehtiyaclarını qarşılayan və əməkdaşlarınızın məhsuldarlığını artıran hədəfli təlim proqramı hazırlamaq üçün sizinlə əməkdaşlıq edəcəyik.
  • Onlayn ingilis dili: Bütün səviyyələrdən olan tələbələr müstəqil təlim və dünyanın istənilən yerində həftənin 7 günü, günün 24 saatı keçirilən canlı onlayn təlim arasında seçim edə bilər.
  • Üzbəüz ingilis dili təlimi: Fərdi ehtiyaclarınıza uyğun, hərtərəfli kursla komandanızın əminliyini və imkanlarını artırın. Kurs təlim mərkəzlərimizdə, ofisinizdə və ya seçdiyiniz məkanda sizə münasib vaxtda keçiriləcək. Əməkdaşlarınızın ingilis dili biliklərini qiymətləndirmək və onlara münasib təlim yolu hazırlamaq üçün sizinlə əməkdaşlıq edəcəyik.

İngilis dili və peşəkar ünsiyyət bacarıqları kurslarımız haqqında ətraflı

İngilis dili və peşəkar bacarıqlarla bağlı təlim kursları

Miqyasının dəyişdirilməsi mümkün olan və texnologiyalardan geniş istifadə olunan test və qiymətləndirmələrimiz müştərilərimizin ehtiyac duyduqları istedadlara malik əməkdaşları işə götürməsi və saxlamasına, tələbələrin dünyanın müxtəlif yerlərində təhsil müəssisələrinə qəbul olmasına və bizneslərin təlim qərarlarını qəbul etməsinə və qiymətləndirməsinə kömək edir.

Test və qiymətləndirmə həlləri haqqında ətraflı məlumat alın.