Təhsil sərgiləri

Birləşmiş Krallığın bir çox universitetləri və British Council-ın nümayəndələri ilə üzbəüz görüşmək üçün sizi sərgilərimizdə iştirak etməyə dəvət edirik. 

British Council-ın dünyanın 40-dan çox ölkəsində mütəmadi olaraq təşkil etdiyi təhsil sərgilərində siz Birləşmiş Krallığın unikal təhsil imkanları və təcrübəsi barədə məlumat əldə edə bilərsiniz. 

Sərgidə hər bir universitet öz rəsmi nümayəndəsi tərəfindən təmsil olunur və bundan əlavə olaraq mütəxəssislər tərəfindən iştirakçılar üçün məlumat sessiyaları həyata keçirilir. Sərgilərdə siz maraqlarınızdan asılı olmayaraq təhsiliniz üçün yararlı məlumatlar əldə edə bilərsiniz. 

Birləşmiş Krallıqda təhsil ilə maraqlanan tələbə, tədqiqatçı və ya valideyn olmağınızdan asılı olmayaraq universitet nümayəndələri ilə individual görüş imkanı suallarınızın cavablandırılması və təhsil imkanlarının araşdırılması baxımından gözəl imkandır. In addition to meeting exhibitors, you'll also have the opportunity to attend seminars and presentations delivered by distinguished academics, university representatives, our own education counsellors and other specialists such as UCAS.

Bu tədbirlərdə, maraqlanan şəxslər universitetlərə qəbul şərtləri və mərhələləri barədə məlumat əldə edir və düzgün təhsil proqramının seçilməsi üçün istiqamətləndirilir. 

Təhsil sərgilərimizə giriş pulsuzdur. Sərgilərdə iştirak etmək üçün onlayn qeydiyyatdan keçməyinizi tövsiyyə edirik, bu, sərgiyə giriş zamanı sıxlığın və gecikmə hallarının qarşısını alacaq və sizin tədbirdən maksimum yararlanmağınıza şərait yaradacaqdır  

Tədbirlərimiz:

Şəhər

Tədbir

Tarix

Təhsil səviyyəsi

Ətraflı məlumat və qeydiyyat

Bakı

Study UK: Discover You 2017 Təhsil Sərgisi, Azərbaycan

28 oktyabr, 2017-ci il

Bütün təhsil səviyyələri üzrə

Bu barədə iyun 2017-ci il tarixində məlumat yerləşdiriləcək