Uğur Üçün Tədris', təhsil sistemlərində tədrisin və biliyin keyfiyyətini artırmaq üçün inteqrasiyalı yanaşma
Dövlətlər, təhsil müəssisələri və beynəlxalq qurumlar müəllimlərin peşəkar inkişafını asanlaşdırırlar. Biz sizin təhsil sisteminizdə tədrisin və biliyin keyfiyyətini artırmaq üçün 'Uğur Üçün Tədris' yaratdıq.
Uğur Üçün Tədris' və bizim sizə köməyimiz barədə ətraflı məlumat əldə etmək üçün oxuyun.
MÜƏLLİMLƏR ÜÇÜN PEŞƏKAR İNKİŞAF ÇƏRÇİVƏSİ (DPİ)
Peşəkar inkişafa effektiv şəkildə davam etmək 'Uğur Üçün Tədris'-in əsasıdır. Bizim yanaşmamız dövlətlərin xüsusi tələblərini və müəllimlərin sinifdəki ehtiyaclarını qarşılamaq qabiliyyətinə malikdir.
Dünyadakı bütün müəllimlər öz təcrübələrini və şagirdlərinin uğurlarını inkişaf etdirmək üçün yüksək keyfiyyətli davamlı peşəkar inkişaf imkanlarına malik olmalıdırlar.
Müəllimlər və müəllim təlimçiləri üçün pulsuz resurslar yükləyin.
Uğur Üçün Tədris' müəllimlər və müəllim təlimçiləri üçün təlim kursları və kvalivikasiyalar, şəbəkələşmə və təcrübə çevrəsindən tutmuş digər qeyr-rəsmi DPİ fəaliyyətlərinə kimi müxtəlif növ öyrənmə imkanlarını özündə birləşdirir.
BÜTÜN NÖV FƏNN MÜƏLLİMLƏRİ ÜÇÜN İNKİŞAF
Uğur Üçün Tədris' bütün növ tədris müəllimləri üçün uyğundur və müəllimlərə və onların kontekstlərinə uyğun texnologiyaları özündə birləşdirir. Bu, ingilis dili tədrisinə xüsusi diqqət ayırır. Çərçivəyə yüksək keyfiyyətli müəllim təlimi və xüsusilə ingilis dili müəllimləri üçün inkişaf resursları daxildir.
TƏHSİL SİSTEMLƏRİNƏ, MÜƏLLİMLƏRƏ VƏ ŞAGİRDLƏRƏ FAYDALARI
'Uğur Üçün Tədris' sizin təhsil sisteminizi daha yaxşı, daha müasir və daha effektiv edəcək. Bizim təlim və inkişafımız müəllimlərə sinifdə daha yaxşı dərs keçmək və şagirdlərdən daha yaxşı nətəcələr əldə etməyə kömək edəcək. Bu, müəllimləri öz peşəkar inkişafları üçün məsuliyyət almaqda dəstəkləyəcək.
TƏCRÜBƏ VƏ PEŞƏKARLIQ
Bizim yanaşmamız British Councilin beynəlxalq təcrübəsinə və uzun illər ərzində dövlətlərə tədrisin və təhsil sistemlərində biliyin keyfiyyətini artırma təcrübəsinə söykənir.