Connections Through Culture Grants 2025, image

“Mədəniyyət vasitəsilə Əlaqələr” (Connections Through Culture) proqramı Birləşmiş Krallıqla seçilmiş Asiya-Sakit Okean və Avropa ölkələri, o cümlədən Azərbaycan arasında yeni mədəni tərəfdaşlıqları inkişaf etdirir. Bu proqram sənətkarlar və mədəniyyət təşkilatlarının inkişafın istənilən mərhələsində olan yeni ideyalarını və əməkdaşlıqlarını dəstəkləyir.

“Mədəniyyət vasitəsilə Əlaqələr” proqramının bu mərhələsində maliyyələşdirmə iki sahəyə yönəlib: müxtəliflik və inklüzivlik, eləcə də iqlim dəyişikliyi məsələsinə toxunmaq. Sənətkarlıq sahələri və ölkələr arasındakı sərhədləri aşan əməkdaşlıqlar bu qlobal problemləri aradan qaldırmaq üçün yeni ideyalara yol açacaq.

Proqram sənətkarlar, mədəniyyət sahəsində çalışan mütəxəssislər, yaradıcı şəxslər və incəsənət və mədəniyyət təşkilatları arasındakı yeni əlaqələr, mübadilələr və əməkdaşlıqları dəstəkləyir.

2025-ci ilin layihələri: Azərbaycan

Mavi işıqlar altında səhnədə üç ifaçı mədəni tədbir zamanı ssenari oxuyur.

"Səhnədə OBRAZLAR" (Characters On Stage)

Birləşmiş Krallıq: Rori Mallarki

Azərbaycan: İsmayıl İman

Bu birgə teatr layihəsi çərçivəsində britaniyalı dramaturq Rori Mallarkinin tamaşası Bakı teatrı tərəfindən tam səhnələşdiriləcək. Yerli aktyorlar, dizaynerlər və texniki komandaların zəhməti ilə ərsəyə gələn bu tamaşanın məqsədi Azərbaycan teatrının repertuarını zənginləşdirmək, yeni auditoriyaları cəlb etmək və tamaşanın premyerası və sonrakı təqdimatlarında Mallarkini Bakıda qarşılamaqdır.

Az işıqlı məkanda sakit və yaradıcı atmosferdə tamaşaya baxan kiçik bir qrup insan.

"Qabarmanın əks-sədası: İqlim dəyişikliyi mövzusunda məkana özəl teatr layihəsi" (Echoes of the Rising Tide: A Site-Specific Theatre Project on Climate Change)

Birləşmiş Krallıq: Sebastyan Harkomb

Azərbaycan: Ritual teatrı və yaradıcılıq laboratoriyası

Bu innovativ teatr layihəsi nəslimizin əsas çağırışı olan iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün sənətkarlar, teatr xadimləri, aktyorlar, xoreoqraflar və dramaturqları bir araya gətirir. İştirakçılar beş gün ərzində Birləşmiş Krallıqdan olan teatr yaradıcısı və azərbaycanlı teatr rejissorunun rəhbərliyi ilə immersiv seminarda tanınmış teatr mütəxəssislərindən mentorluq alacaqlar.

İnsan qrupu birgə təbiəti araşdıraraq dayaz bataqlıq sahəsindən keçir.

"Köklü əllər" (Rooted Hands)

Birləşmiş Krallıq: Rush Matters

Azərbaycan: VarYox.az

Bu altı aylıq mədəni və iqtisadi gücləndirmə layihəsi Azərbaycanın sonuncu qamış toxucuları olan Masallı rayonunun Musaküçə kəndinin qadın sənətkarları ilə həyata keçirilir. Xəzərin sahilindən qamışı əllə toplayan bu qadınlar müasirləşmənin təhlükə altında qoyduğu ənənəvi texnikanı günümüzdə yaşadırlar. Böyük Britaniyadan olan toxuculuq üzrə mütəxəssis mentor seminarlar keçirəcək, innovativ metodlar və müasir dizayn həlləri təqdim edəcək.

Geniş açıq mənzərə boyunca uzanan quru çay yatağının ağ-qara görünüşü.

"Yatan Çaylar, Yoxa çıxan Dənizlər" (Sleeping Rivers, Vanishing Seas)

Birləşmiş Krallıq: Maykl Takeo Maqruder

Azərbaycan: YARAT Müasir İncəsənət Mərkəzi

Britaniya və Azərbaycanın fiziki landşaftları iqlim dəyişikliyinin yaratdığı dəyişikliklər səbəbilə mövcudluq təhlükəsi ilə üz-üzə qalıb. Eyni zamanda generativ süni intellekt insanların ətrafdakı landşaftlara baxışını yenidən formalaşdırır. Bu gərgin ekoloji və texnoloji kontekstdə bu layihə iqlim dəyişikliyinə yeni baxış bucaqları təqdim etmək üçün ən son rəqəmsal alətlərdən istifadə etməyi hədəfləyi