DJ behind microphone, placing headphones on her head.
Selector Radio is hosted by Sian Eleri in the UK. ©

Edward Moore

Hər həftə ən yaxşı musiqilər seçilərək dünya ilə paylaşılır

Selector hər həftə Birləşmiş Krallığa aid ən yaxşı musiqiləri onlayn, video vasitəsilə və radioda dünyanın hər yerindən milyonlarla dinləyiciyə təqdim edir.

  • Selector Radio Birləşmiş Krallığın hər tərəfindən olan istənilən qrupa, ifaçıya məxsus, həmçinin istənilən janrda musiqiləri oxudur. Radionun repertuarına düşmək üçün mahnının yeni və maraqlı olması kifayətdir. Selector sizi sanki virtual tur vasitəsilə Birləşmiş Krallığın Bristol, Belfast, Kardiff və Qlazqo kimi şəhərlərinin mərkəzinə aparır. Selector bütün dünyada radiostansiyalar vasitəsilə yayımlanır. Lakin yaşadığınız bölgədə radioda yayımlanmırsa, hər cümə günü ən son şounu onlayn dinləyə bilərsiniz.
  • Selector Sessions sizə Yard Act və English Teacher kimi qrupların, Rachel Chinouriri və corto.alto kimi ifaçıların, Şotland Caz Mükafatı və Merkuri mükafatı qaliblərinin 100-dən çox eksklüziv canlı musiqi performansını təqdim edir.
  • Selector After Dark hər həftə qonaq diceylər, ifaçılar və prodüserlərin yeni, kəsintisiz musiqi mikslərini təqdim edir.
  • Selector Behind the Music dünyadakı musiqi sənayesi ekspertlərinin müzakirələrini və tövsiyələrini təqdim edən podkastımızdır.

Həmçinin Selector Arxivi ilə yaxından tanış ola və Elbow, Nadine Shah, Jamie Woon, Tourist və daha çox Birləşmiş Krallıq ifaçısının karyeralarının yüksəliş dövründəki canlı performanslarını əhatə edən keçmiş şouların arxivini dinləyə bilərsiniz.

Azərbaycan ərazisində Selector-u tərəfdaş yayımçımız olan Xəzər radio, 103 FM vasitəsilə şənbə günləri saat 23.00da dinləyə bilərsiniz.

Əlaqəli linklar