Professor Barry O’Sullivan

BÖYÜK MƏSLƏHƏTÇI, DİL QİYMƏTLƏNDİRİLMƏSİ TƏDQİQAT QRUPU| BRITISH COUNCIL

Professor O’Sullivan Birləşmiş Krallığın İngilis Dili İmtahanı və Qiymətləndilməsi Assosiasiyasının təsisçi prezidentidir və Birləşmiş Krallıqda Reading və Roehamptonand unversitetlərində, MARA Texnologiya Universitetində (Kuala Lumpur) və Lisbon Universitetində fəxri ada mailkdir və dərs deyir. Onun sonuncu işlərindən biri biznes dili imtahanı Aptisin inkişafı və etibarlılığıdır. 

2016-cı ildə professor O'Sullivan Sosial Elmlər Akademiyasının təqaüdünə layiq görülmüşdür.

Dr. Jamie Dunlea

BÖYÜK ELMİ İŞÇİ, DİL QİYMƏTLƏNDİRİLMƏSİ TƏDQİQAT QRUPU| BRITISH COUNCIL

Dr Dunlea, Britaniya Şurası tərəfindən hazırlanmış və inkişaf etdirilmiş qiymətləndirmə sistemləri üçün bir sıra dil imtahanı hazırlama və qiymətləndirmə layihələri üzərində işləyir. O, həmçinin, tədqiqatçılar və beynəlxalq təşkilatlarla birgə layihələr üzərində işləyir. 2013-cü ildə British Council-da işə başlayıb, daha əvvəl Yaponiyada EFL imtahanlarını hazırlayan və idarə edən qeyri-kommersiya təşkilatı olan Yaponiya Eiken Vəqfinin baş tədqiqatçısı idi. Onun EFL təhsilində 25 ilik iş təcrübəsi var, əvvəlcə müəllim kimi, daha sonra test inkişafı və istehsal və qiymətləndirmə tədqiqatında çalışmışdır.

Dr. Victoria Clark

QİYMƏTLƏNDİRMƏNİN İNKİŞAFI ÜZRƏ MENECER, ŞƏRQİ ASIA | BRITISH COUNCIL

Dr. Clark'ın təcrübəsi, ingilis dilinin ikinci / xarici dil (EFL) kimi qiymətləndirilməsidir. GEPT test hazırlığı ilə bağlı bir neçə kitab nəşr emiş və dünyanın hər yerində konfranslarda təqdim etmişdir. Dil qiymətləndirməsində ixtisaslaşmadan əvvəl EFL müəllimi kimi işləmişdir. Onun tədqiqat sahələri performans əsaslı test, yazının tədrisi və qiymətləndirməsi, danışma testləri və vəzifə mürəkkəbliyi daxildir.

Konfransın moderatoru: Richard Spiby

Richard Spiby 2016-cı ilin iyun ayından etibarən qavrama bacarıqları (danışıq və dinləmə, qrammatika və söz ehtiyatı) üzrə İmtahan İnkişafı Tədqiqatçısı olmuşdur. Onun əsas vəzifələri əməliyyat məlumatlarının təhlili və Aptis testinin qavrama bacarıqlarını yenidən nəzərdən keçirmək və inkişaf etdirməkdən ibarətdir.