EnglishScore

Bacarıqlarınızı sınamaq üçün asan yolu

Dünyadakı milyonlarla insana qoşulun və cəmi 40 dəqiqə ərzində ingilis dili biliklərinizi yoxlamaq və imtahan ballarınızı artırmaq üçün EnglishScore testindən keçin. Dil səviyyənizi yoxlamaq, nəticələrinizi dostlarınızla bölüşmək və sertifikat əldə etmək üçün bizim testdən istifadə edə bilərsiniz.

EnglishScore testini niyə keçməliyəm?

EnglishScore ingilis dili bacarıqlarınızı ölçmək üçün sürətli və dəqiq bir testidir. Test qrammatika, lüğət, oxu və dinləmə bacarıqlarınızı qiymətləndirir və özünü inkişaf etdirmək, dil səviyyənizi işəgötürənlərə sübut etmək və ya IELTS testinizə hazırlaşmaq üçün istifadə edilə bilər.

ENGLISHSCORE NECƏ TƏQDİM OLUNUR?

  • Mobil applikasiyasını yükləyin – kamerası və mikrofonu olan Android telefonu sizə lazım olacaq.
  • 40-dəqiqəlik ödənişsiz testi keçin.
  • Dərhal balınızı əldə edin. 

ENGLISHSCORE TEST HAQQINDA

Test dörd bacarıqdan hər biri üçün faiz balı verir. Test CEFR-də təsvir olunan A2 (Elementary) və C1 (Advanced) arasındakı dil səviyyənizi qiymətləndirir.

TEST KEÇMƏKDƏN SONRA, SİZ:

  • nəticələrinizi interaktiv mühitdə əldə edə bilərsiniz,
  • nailiyyətinizi bölüşmək üçün sertifikat ala bilərsiniz (ödənişli),
  • sertifikatını LinkedIn-ə yükləyə və ya birbaşa işəgötürəninizlə paylaşa bilərsiniz,
  • imtahana hazırlaşarkən proqresinizi yoxlaya bilərsiniz,
  • şəxsi öyrənmə tövsiyələrini istifadə edərək əlavə kursları tapa bilərsiniz.

TESTİMİZDƏN NECƏ FAYDA ƏLDƏ EDƏ BİLƏRSİNİZ

Testdən sonra, dil səviyyənizi işəgötürənlərə sübut etmək üçün sertifikat almaq imkanınız olacaq.

Nəticələrinizdən asıllı olaraq, EnglishScore testi sizin ehtiyaclarınıza uyğun olan British Council onlayn kursları tövsiyə edəcək, və davamlı ingilis dili biliklərinizin inkişafına start verəcəkdir.