Bərabərlik, Müxtəliflik və İnklüzivlik
"Unlimited: Limitsiz Addımlara Doğru" iştirakçılarının Beynəlxalq Teatr Konfransında tamaşası.

Proqramımız başlanğıcını haradan götürmüşdür?

London şəhərində fəaliyyət göstərən, məhdud imkanlı və məhdud imkanlı olmayan rəqqaslardan təşkil olunan Candoco rəqs ansamblı bizim dəvətimizlə 2013-cü ildə Bakı şəhərinə səfər etmiş və məhdud imkanlı insanlar haqqında qəbul edilmiş təsəvvürləri tamamilə alt-üst edən bir rəqs tamaşası ilə çıxış etmişdir. British Council incəsənət fəaliyyəti ilə məşğul olan məhdud imkanlı insanların məkanlara, prodüserlərə və qərar qəbul edən məmurlara çıxışının təmin edilməsi və bu insanların inklüziv əsər yaratmaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Unlimited: Limitsiz Addımlara Doğru proqramına qoşulmuşdur.  

Hərtərəfli sosial modelin cəmiyyətin bütün təbəqələrinin rifahını təmin etməsində incəsənət və mədəniyyət aparıcı rol oynayır. Məhdud imkanlı insanların sosial planlaşdırma və siyasətin işlənib hazırlanması prosesində iştirak edə bilməməsi üçün heç bir səbəb görmürük. Onlar auditoriyaları inteqrasiya olunmuş incəsənətlə tanış edərək sosial stereotiplərin dəyişməsinə səbəb olur: onlar cəmiyyətimizin bir hissəsidir və onları diqqətdən kənarda saxlamamalıyıq.

Beləliklə, məhdud imkanlı insanları diqqət mərkəzində saxlayan "Shape Arts" incəsənət təşkilatının aparıcı təlimatçısı Barbara Lisiçki Azərbaycan Gənc Tamaşaçılar TeatrındaRus Dram Teatrında məhdud imkanlı insanlar üçün müyəssərlik səviyyəsini yoxlamışdır. Dekabr ayında forum-teatr üzrə ekspert Kerin Çepmen SABAH qrupu ilə əməkdaşlıq şəraitində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məhdud imkanı olan və olmayan tələbələri üçün interaktiv teatr metodları haqqında seminar keçirmişdir.