Selector LIVE Azərbaycan səhnəsinə Birləşmiş Krallığın ən innovativ və məşhur musiqisini gətirir.

Selektor radio şousunun davamı olaraq, British Council yeni Britaniya musiqisinin səsləndirildiyi bir sıra konsertlər təşkil edir. Bu məqsədlə biz Britaniya musiqisinin rəngarəngliyini Azərbaycan tamaşaçıları qarşısında nümayiş etdirmək üçün Britaniyanın bir sıra güclü istedadlarını Bakıya gətiririk. 

Selector LIVE 2019 - Ötən Tədbirlər

DJ Murad H və DJ Bazaurun təqdimatında, və Tanınmış Britaniyalı DJ Goldierocks iştirakı ilə, Selector LIVE əyləncə gecəsi Pasifico restoranında 15 fevral saat 22.00-da keçirildi. "Selector LIVE" əyləncə gecəsi Britaniya Şurasının Azərbaycan Respublikasındakı fəaliyyətinin 25-ci ildönümünə həsr olunub.

See also