Süjet xətti və personajları tarixi faktlara əsaslanan "Hersoq" filmi oğurluq, ədalət uğrunda mübarizə və bir çox mükafatlara layiq görülmüş aktyor Cim Brodbentlə Britaniya film və teatrının möhtəşəm xanımı Helen Mirrenin mükəmməl tərəfdaşlığı ilə yaradılıb.
Date
Cümə axşamı 03 Mart 2022 - 19:00
Location
Nizami Kino Mərkəzi

Film haqqında

1961-ci ildə 60 yaşlı taksi sürücüsü Kempton Bunton London Milli Qalereyasından Qoyanın "Vellinqton hersoqu" əsərini oğurlayır. Onun göndərdiyi məktubda rəsmi yalnız hökumət pensionerlərə yardım üçün daha çox vəsait ayıracağı halda qaytaracağı deyilir. Sonra baş verənlər əfsanəyə çevrilib. Dünyanı dəyişmək qətiyyətini özündə tapan və evliliyini xilas edən yaxşı insanın real hadisələrə əsaslanan maraqlı hekayəsi.

Necə izləməli

"Hersoq" filmi Martın 3-ü saat 19.00-da Nizami Kino Mərkəzində orijinal versiyada nümayiş olunacaq. Film biletinin qiyməti 2 AZN təşkil edir. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz.

 

Ətraflı