Connections Through Culture Grants 2025, image
Photo from the ‘Unlimited Forum: Arts for All’ held in Turkey on February 2023.

British Council-ın Mədəniyyət vasitəsilə Əlaqələr (CTC) üçün yaradılmış maliyyə imkanları Birləşmiş Krallıqla Asiyanın Sakit Okean ərazisi və Avropanın seçilmiş ölkələri arasında bədii əməkdaşlığı dəstəkləyir. Bu dəstək mədəniyyətlərarası mübadilə və davamlı əlaqələri təşviq edərək rəssamlar, yaradıcı insanlar və incəsənət təşkilatları arasında əməkdaşlıq layihələrini dəstəkləyir. 

2024-cü ildə proqram çərçivəsində Asiyanın Sakit okean bölgəsinə aid 11 ölkədə 84 əməkdaşlığı dəstəkləmək üçün 741 000 funt sterlinqdən çox   vəsait ayrılıb. Layihələr müxtəliflik, inklüzivlik və iqlim dəyişikliyi ilə mübarizəyə istiqamətlənmiş tədbirlər də daxil olmaqla geniş mövzuları əhatə edib və eşitmə qabiliyyəti zəif olan insanların iştirakı ilə keçirilən musiqi tədbirləri, beynəlxalq teatr tamaşaları, rəqəmsal incəsənət rezidensiyaları və yaradıcılıq seminarları kimi əməkdaşlıqları dəstəkləyib. 2024-cü ilin maliyyə mükafatçıları haqqında məlumatı buradan tapa bilərsiniz.

Biz 2025-ci ildə proqramın əhatə dairəsini genişləndirərək Azərbaycan kimi yeni ölkələri də daxil edəcəyimizə görə çox məmnunuq və daha geniş spektrli beynəlxalq tərəfdaşlar üçün daha çox imkanlar təqdim edəcəyik.

Layihı ideyanızı həyata keçirmək üçün müraciət edin

Bu proqramın son mərhələsi üçün müraciətlər hazırda açıqdır. Yeni əməkdaşlıq layihələrini dəstəkləmək üçün 5000 funt sterlinqə və ya 10 000 funt sterlinqə qədər təqribən 90 maddi vəsait verməyi nəzərdə tutmuşuq. 

Xahiş edirik, namizədlər üçün bütün məlumatlarla tanış olun və müraciət etməzdən əvvəl ərizə üçün alətlər paketini aşağıdan yükləyin.

İndi müraciət edin

Namizədlər üçün məlumat

Əsas tarixlər

  • Müraciətlər açıqdır: 28 aprel 2025-ci il
  • Müraciət üçün son tarix: 23 iyun 2025-ci il, 15:00 (Britaniya Yay Vaxtı)
  • Məlumatlandırma sessiyaları:
  1. Çərşənbə axşamı, 6 May, 08:00 (Britaniya Yay Vaxtı)
  2. Çərşənbə, 7 May, 09:00 (Britaniya Yay Vaxtı)
  3. Çərşənbə, 14 may, 10:00 (Britaniya Yay Vaxtı)
  4. Cümə axşamı, 15 may, 09:00  (Britaniya Yay Vaxtı)
  • Namizədlərə göndərilən qərar barədə bildiriş: 2025-ci ilin Avqust ayının ortaları
  • Layihənin başlama vaxtı: 2025-ci ilin oktyabr ayı

Maddi vəsait hansı məqsədlər üçün istifadə oluna bilər?

Bu proqram bacarıq, bilik və təcrübə mübadiləsini təşviq edən birgə fəaliyyətlərə aparan yeni yaradıcı layihələrin inkişafına dəstək verir. İncəsənət rezidensiyaları, sərgilər, tamaşalar, nümayişlər, nəşrlər, vebinarlar, konfranslar və s. kimi müxtəlif yanaşmalar tətbiq oluna bilər. Layihələr rəqəmsal, əyani və ya hibrid formada reallaşdırıla bilər.

Kim müraciət edə bilər?

Hər bir müraciətə ən azı bir Birləşmiş Krallıq tərəfdaşı və aşağıdakı ölkələrdən bir beynəlxalq tərəfdaş daxil olmalıdır.

Uyğun ölkələr

Avstraliya, Ermənistan, Azərbaycan, Banqladeş, Çinin materik hissəsi, İndoneziya, Gürcüstan, Qazaxıstan, Malayziya, Myanma, Nepal , Yeni  Zelandiya,  Filippin, Şri-Lanka, Tailand, Türkiyə, Ukrayna, Özbəkistan, Vyetnam.

Fiziki şəxs kimi müraciət etmək

Biz Birləşmiş Krallıq və bütün iştirakçı ölkələrdə fəaliyyət göstərən layihə tərəfdaşları olaraq hüquqi qeydiyyatdan keçmiş fiziki şəxslərin müraciətlərini qəbul edirik.

Uyğunluq meyarları

  • Biz bütün incəsənət formalarını və nəticələri əhatə edən müraciətləri qəbul etsək də, müxtəliflik və inklüzivlikiqlim dəyişikliyi kimi CTC 2025-in prioritet mövzularına uyğun olan müraciətlər yekun qərar qəbulu zamanı prioritetləşdirilə bilər.
  • Biz həm yeni, həm də daimi tərəfdaşların müraciətlərini alqışlayır və əvvəllər əməkdaşlıq etmədiyimiz tərəfdaşlarla tanış olmağa xüsusi həvəslə yanaşırıq.
  • Əməkdaşlıq proqramın əsasını təşkil edir və tərəfdaşlar innovativ bədii və mədəni layihələri birgə yaratmaq, birgə təqdim etmək və ya birgə araşdırmaq üçün əməkdaşlıq etməlidirlər.

Tam uyğunluq meyarları haqqında məlumat almaq üçün aşağıda müraciətin alətlər paketini yükləyin.

Uyğun incəsənət formaları

  • Memarlıq
  • Dizayn və dəb
  • Yaradıcı texnologiyalar
  • Film
  • Ədəbiyyat
  • Musiqi
  • Teatr və rəqs
  • Vizual incəsənət.

Biz aşağıdakılarla bağlı təklifləri də dəstəkləyirik:

  • Fərqli incəsənət sahələrini birləşdirən layihələr 
  • Yaradıcı iqtisadiyyata  aid mövzuları əhatə edən layihələr (siyasət, tədqiqat və təbliğat, eləcə də yaradıcı mütəxəssislər və siyasətçilərin kadr potensialının artırılması)
  • Fərqli sahələri birləşdirən incəsənət layihələri (məs., incəsənət + elm, incəsənət + texnologiya)

Maddi vəsait məbləğləri

Maddi vəsait məbləğləri Birləşmiş Krallıqla aşağıdakı ölkələr arasında layihələr:
5000 funt sterlinqədək Avstraliya, Yeni Zelandiya
10 000 funt sterlinqədək Ermənistan, Azərbaycan, Banqladeş, Çin Xalq Respublikası, Gürcüstan, İndoneziya, Malayziya, Myanma, Nepal, Filippin, Şri-Lanka, Tailand, Türkiyə, Qazaxıstan, Ukrayna, Özbəkistan, Vyetnam

Müraciət qaydası

Müraciətlər onlayn formada təqdim olunmalıdır. Müraciətinizi tamamlamaq üçün ödənişsiz hesab yaratmalı olacaqsınız.

Müraciət bir Əsas Müraciətçi tərəfindən təqdim edilməlidir. Formada aktivləşdirilmiş əməkdaşlıq imkanının sayəsində layihə üzrə tərəfdaşınızı əməkdaşlığa dəvət edə bilərsiniz.

Müraciətlə bağlı əsas addımlar

  • Müraciətə dair ətraflı təlimat üçün aşağıda müraciət üçün alətlər paketi və Tez-tez verilən suallarımızı yükləyin
  • Məlumatlandırma sessiyasına qatılın (könüllü)
  • Onlayn müraciəti son müraciət tarixindən əvvəl doldurun: 23 iyun 2025-ci il, 15:00 (Britaniya Yay Vaxtı)

Müraciəti tamamlamaq məqsədilə hər hansı çıxışa ehtiyacınız olarsa, bizimlə əlaqə saxlayın.

Məlumatlandırma sessiyaları

Proqram haqqında və vebinarlarımıza necə müraciət etməklə bağlı ətraflı məlumat alın:

  • Çərşənbə axşamı, 6 May, 08:00 (Britaniya Yay Vaxtı)
  • Çərşənbə, 7 May, 09:00 (Britaniya Yay Vaxtı)
  • Çərşənbə, 14 may, 10:00 (Britaniya Yay Vaxtı)
  • Cümə axşamı, 15 may, 09:00  (Britaniya Yay Vaxtı)

Burada qeydiyyatdan keçin

Bizimlə əlaqə saxlayın

  • Xahiş edirik, bu forma vasitəsilə bizimlə əlaqə saxlayın
  • İnformasiya bülletenimizdə qeydiyyatdan keçin
  • Sosial şəbəkələrdə bizi izləyin:

Instagram

Facebook

X

Yükləmələr:

Müraciət üçün alətlər paketi və Tez-tez verilən suallar

Əlaqəli linklar