Bakıdakı Resurs və Təlim Mərkəzlərimizdən birində İngilis dili müəllimi kimi fəaliyyət göstərən Gülnarə Mirişli, British Council'la əməkdaşlığının onu daha inamlı və müvəffəqiyyətli pedaqoqa çevirməsi haqqında bizimlə danışdı.
Düşünürəm ki, kifayət qədər uzun müddət səylə çalışdıqda, bizi peşəkar uğura aparan və arzu olunan dəyişimə nail olduğumuz gün gəlib çatır. Mənim üçün həmin gün, British Council və Edinburq Kolleci tərəfindən təşkil edilmiş Təlim Metodologiyası və Peşəkar İnkişaf kursuna qatılmaq şansı əldə etdiyimi öyrəndiyim gün oldu. Bu hadisə müəllim kimi fəaliyyətimdə tamamilə yeni bir üfüq açdı. Mən, mütəmadi olaraq öyrənərək və inkişaf edərək Böyük Britaniya tərəfindən irəli sürülən hər bir imkandan, böyük səy və qətiyyətlə faydalanan həm müəllim həm də tələbəyə çevrildim.
Tezliklə, bacarıqlarımı qiymətləndirmək, çətinlik çəkdiyim məqamları müəyyənləşdirmək və bililərimi birbaşa təcrübədə tədbiq etmək məqsədilə Aptis imtahanından keçməyə müvəffəq oldum. Bakıda
yerləşən 62 saylı məktəbin Resurs və Təlim Mərkəzində müəllimlik etməyə başladım. Mərkəz ən yeni təlim və tədris vəsaitləri ilə təchiz edilmişdi, bundan əlavə mən Müəllim Fəaliyyəti Qrupları sayəsində qazandıqları biliklərdən faydalanmağa çalışan istedadlı pedaqoqlarla əhatə olunmuşdum.
Azərbaycanda müəllimlik edən həmkarlarımla öz təcrübəmi bölüşmək imkanı əldə etdim və biz şagirdlərin dörd təməl dil biliklərinin təkmilləşdirilməsi istiqamətində işlər görməyə başladıq.
Nəzəriyyənin təcrübədə əksi
Mənim üçün Müəllim Fəaliyyəti Qruplarında ən sevimli sessiyalardan biri Dialoq, Debat və Danışıq sessiyası idi. Beləliklə, mən yeni fikirlər, təlim üsulları və tələbatlarımızın müzakirəsində həmkarlarımla bir araya gələ bilirdim. Bir peadqoq kimi hər gün daha çox inkişaf etdiyimi hiss etsəmdə, əmin idim ki, müvəffəqiyyətimin əsas göstəricisi şagirdlərimin uğurlarıdır.
Ötən il nəzəriyyəni təcrübədə sınamağa nail oldum. Kiçik ancaq böyüməkdə olan şəbəkəmiz, British Council və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə şagirdlər arasında canlı dialoq, debat və danışıq müsabiqəsi təşkil etdi. Bir neçə il idi ki, təlim və tədrisi ilə məşğul olduğum şagirdlərdən ibarət kiçik komandam müsabiqədə ikinci və üçüncü yerlərin sahibi oldu. Müəllim kimi bu mənim üçün ən gözəl günlərdən biri idi!
Müsabiqədən öncə onlara inam və cəsarətlə çıxış etmələrini tapşırdım və elə də oldu. Bu tədbir onların İngilis dili bacarıqlarını təkmilləşdirməklə yanaşı, həm də ünsiyyət və texnoloji biliklərin əhəmiyyətini vurğuladı.
'Təlim sessiyaları biliklərimin genişlənməsində, özümə olan inamımın artmasında, peşəkar bacarıqlarımın möhkəmlənməsində əhəmiyyətli rol oynadı və şübhəsiz, onların sayəsində bir daha əmin oldum ki, müəllimlik mənim üçün ən doğru peşədir.'
Dilin birləşdirici gücü
Resurs və Təlim Mərkəzimizdə 150-dən artıq gənc və istedadlı şagirdlərimiz var. Hazırda sahib olduğum biliklərlə kifayətlənmirəm və şagirdlərimi də bu istiqamətdə məlumatlandırıram. Təcrübəm məni haşiyədən kənar düşünməyə və dilin birləşdirici gücündən ətrafımızdakı insanları bir araya gətirmək üçün istfadə etməyə şövq etdi. Bu il biz görməli yerlərə turlar təşkil etdik, rəqəmsal texnologiyanın üstünlüklərini kəşf etdik və xüsusilə, qətiyyət və fərasətə diqqət yetirdik.
Mən, eyni zamanda, məktəbizimdəki digər müəllimlərin də Resurs və Təlim Mərkəzimizin tədbirlərində iştirak etdiyindən əmin olmaq istəyirdim.
Ən çox sevdiyim tədbirlərdən biri, məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 'Arşın Mal Alan' operettasının səhnələşdirilməsi idi. Bu təşəbbüs sayəsində biz müəllim, şagird və icmanın müxtəlif üzvlərini bir araya gətirə bildik. Operetta İngilis dilində ifa edildi və hətta məktəb direktorumuz da orada iştirak etdi!
Sonda, Tədris Bilik və Bacarıqları imtahanının vacibliyini vurğulamaq istərdim. İmtahanın yeni hədəflərimi müəyyənləşdirməkdə və müəllimlik fəaliyyətim boyunca göstərdiyim səyləri ümumiləşdirməkdə çox böyük əhəmiyyəti oldu. British Council (və şəbəkəmiz) tərəfindən təşkil edilən təlim sessiyaları sayəsində artıq özümə daha çox inanıram və istənilən çətinliyin öhdəsindən gələcəyimə əminəm.
Gələcəkdə icmamın inkişafına töhvə vermək və bacarıqlarımı təkmilləşdirmək məqsədilə daha çox təlimlərdən faydalanmağı planlaşdırıram.