By British Council in Azerbaijan

19 Mart 2021 - 14:53

Learning Hubs Lankaran
Bir gün memar olacağımı xəyal edirəm və yaradıcı fikirlərimi real həyatda olan layihələrə çevirmək üçün, inkişaf etmiş ingilis dili bacarıqlarımı necə istifadə edə biləcəyimi həvəsnən araşdırıram.

Lənkərandakı resurs və təlim mərkəzimizin 8-ci sinif şagirdi Elnarə Heydərova, daim inkişaf etdiyi ingilis dili və digər bacarıqları ilə onu gələcəkdə memar olmaq yoluna qoyduğu hekayəsini bölüşür.

Gözəl şəhərim Lənkəranda bir resurs və təlim mərkəzinin açılması təhsilim və gələcək karyeram üçün yeni bir başlanğıc oldu. Bundan əvvəl, dörd ildir ki, yorulmadan ingilis dilini öyrənməyə çalışmışam, amma bütün səyimi və fədakarlığımı sərf etməyimə baxmayaraq, çətinlik çəkirdim. Bölgəmdəki bir çox gənc üçün ingilis dili gələcək həyatlarını və imkanlarını yaxşılaşdırmaq üçün bir fürsətdir və xaricdə təhsil almaq şansıdır.

'Learning Hubs proqramı həqiqətən dinləmə, oxuma, yazma və danışma bacarıqlarımı başqa bir səviyyəyə qaldırdı.'

Öyrənmək üçün yeni bir maraq qazandım, həm də ətrafımdakı dünyaya bir çox qapıları açdım. İndi ingilis dilindəki mahnıların sözlərini asanlıqla anlaya bilirəm, xaricdə yaşayan dostlarım və yaşıdlarımla da ünsiyyət qururam. Bu, dünyadakı bu qədər məlumatı əldə etməyimə kömək edir və yeni fikirləri kəşf etməyimə, tənqidi düşünməyimə və qarşılaşdığım zaman problemləri təkbaşına həll etməyimə kömək edir.

Memar olmağa doğru

Məktəbimin resurs və təlim mərkəzində ingilis dilini öyrənməyə başlamazdan əvvəl, gələcəkdə nə etmək istədiyimə əmin deyildim. Hər şey ingilis müəllimimin mənə tövsiyə etdiyi STEM MOOC mübadilə proqramı ilə başladı. Bu, dünyagörüşümü genişləndirməyimə, bir çox fərqli ölkədən yeni dostlar qazanmağımın, yeni fikirlər tapmağımın və bir çox fərqli fənlərdəki texnologiya və tətbiqetmələr haqqında daha çox şey öyrənməyimin köməyi oldu.

Düşünürəm ki, fərqli məlumat mənbələrinə, bloqlara və vloglara ingilis dilində dinləməyi, və dünyadakı fərqli karyera yolları barədə məlumat araşdırma mənə çox kömək etdi. Planlarımı tərtib etdiyim, eskizlər çəkdiyim və texnologiyanı araşdırdığım üçün ən yaxşısını etdiyimdən bəri özümə memar olmaq üçün bir hədəf görməyimə kömək etdi.

Lənkərandakı mərkəzimiz, ingilis dilinin yaxşı tədrisinə, eləcə də gənclər və onların icmaları arasında tolerantlıq, qarşılıqlı əlaqə və dialoq anlayışını artırmağa yönəlmiş ölkədəki 18 resurs və təlim mərkəzindən biridir.

Gələcəyə doğru

Müəllimimin və sinif yoldaşlarımın ecazkar səyləri sayəsində fikirlərim haqqında sərbəst və təsirli bir şəkildə ünsiyyət qura bilirəm. Burada Learning Hub-larda biz yalnız ingilis dilini öyrənmirik - bir çox yeni həyat bacarığı qazanırıq, gender bərabərliyi, iqlim dəyişikliyi, özünə hörmət, özünə inam və texnologiya kimi vacib mövzularda mübahisələr aparırıq. İndi səkkizinci sinifdə oxuyuram və hələ gənc ikən artıq peşəkar və şəxsi gələcəyimi xoşbəxt etmək və həyata keçirmək üzərində işləyirəm. Uğurlu bir memar olaraq yaradıcılıq ideyalarımı real layihələrə çevirmək üçün səbirsizliklə gözləyirəm. Şans və çox səylə beynəlxalq səviyyədə tanınmış bir mütəxəssis olacağımı ümid edirəm.

Məktəbimə, müəllimlərimə, ailəmə və British Council-a mənim və bölgədəki digər gənc öyrənənlər üçün bu qədər möhtəşəm bir fürsət yaratdıqlarına, gələcəyimizi formalaşdırmağımıza kömək etdiklərinə görə cəmiyyətlərimizin səmərəli liderləri və fəal vətəndaşları olduğum üçün minnətdaram.