Proqram "British Council"ın 2016-2019-cu illərdə həyata keçirilmiş İngilis dili mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanacaq.

"Resurs və Təlim Mərkəzləri: Qabaqcıl cəmiyyət naminə mükəmməl bacarıqlar" gənclərin özlərindən əminliyini artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır.

Proqram Azərbaycan da daxil olmaq Şərq Tərəfdaşlığına aid olan 5 ölkədə dayanıqlılığı artırmaq və fərqli bacarıqları inkişaf etdirməklə mütəşəkkil, stabil və çiçəklənən cəmiyyətlərin inkişafını dəstəkləyəcək.

British Council proqramı Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlayır və həyata keçirir. Şərq Tərəfdaşlığı ölkələrinin seçilmiş yerli icmalarından olan tərəfdaşlar da proqrama dəstək göstərir. Gənc oğlan və qızlar proqramın təmin etdiyi imkanlara bərabər çıxışa sahib olacaq.

Layihənin məqsədləri:

Proqram ingilis dilinin yüksək səviyyədə tədrisinə, habelə gənclər arasında və onların aid olduğu icmalarda tolerantlıq, qarşılıqlılıq və dialoq anlayışlarının daha yaxşı başa düşülməsinə istiqamətlənəcək. Proqram çərçivəsində tələbələrin daha geniş dünyaya açılmasına kömək edən tənqidi düşüncə, problemlərin həlli, ünsiyyət və müzakirə bacarıqları da inkişaf etdiriləcək. İştirakçılar müxtəlif baxışlar və nöqteyi-nəzərlərlə qarşılaşmaq, vəziyyətləri tənqidi təhlil etmək və fikirlərini azad ifadə etmək imkanına sahib olacaq. 

British Council seçilmiş icmalarda müəllimlərlə də işləyəcək, onların özündən əminliyi, bilik və bacarıqlarını inkişaf etdirməsinə yardımçı olmaq üçün Birləşmiş Krallığın təcrübə və resurslarından istifadə edəcək. Proqram onların ehtiyaclarını müəyyən edəcək, onlara inkişaf imkanları verəcək və onları sinifdə yenilikçi tədris resursları və təcrübələrindən istifadə etməyə hazırlayacaq. Müəllimlərin yeni ideyalar, tədris təcrübələri və yerli ehtiyacları müzakirə etmək məqsədilə bir araya gəlməsi üçün beş yeni "Müəllimlərin Fəalliyyət Qrupu" (Teacher Activity Group) yaradılacaq. Müəllimlər uzunmüddətli müsbət dəyişikliklərə təsir etmək və yaşadıqları icmaya töhfə vermək imkanına sahib olacaq.

British Council gənc tələbələri, müəllimləri, valideynləri və liderləri cəlb edərək mərkəzlərin yaradıldığı icmalarda mütəşəkkilliyin formalaşmasını və inkişafı dəstəkləyəcək. Bütün bu tərəflər bir araya gələrək Təlim Mərkəzləri və onların hüdudları xaricində təlim və inkişafı araşdıracaq, müzakirə edəcək və qeyd edəcək.

Bu bölmədə