"Gələcəyin ingilis dili" (Future English) British Council tərəfindən hazırlanmış və bir neçə ölkədə həyata keçirilən, bir neçə ildir davam edən proqramdır. Onun məqsədi nazirliklər və maraqlı tərəfləri ingilis dilinin təlim və tədrisi ilə bağlı yüksək səviyyəli araşdırma və konsultasiyalarla təmin etmək, onların altı Cənubi Qafqaz ölkəsi, Qazaxıstan, Ukrayna, Özbəkistan və Qərbi Balkan ölkələrində təhsilin gələcəyi haqqında əsaslı qərarlar qəbul etməsinə şərait yaratmaqdan ibarətdir.

Proqram çərçivəsində nazirliklər və müəllimləri onların ehtiyaclarını daha yaxşı qarşılayan Davamlı Peşəkar İnkişaf imkanları ilə təmin etmək üçün tədqiqatlardan istifadə edilir, regiondakı müəllimlərin təcrübə və peşəkarlıq baxımından inkişaf etməsinə şərait yaradılır. 

Proqramın qarşısına qoyulan məqsəd innovativ Onlayn Müəllim İcması platformasının köməyi ilə bu ölkələrdəki ingilis dili müəllimlərinə onlayn davamlı peşəkar inkişaf proqramının təklif edilməsi ilə əldə edilir.