Məhəmməd Kekalov, Kekalove Adaptive Fashion brendinin qurucu, və 2020 Big Idea Challenge müsabiqəsi üzrə dünya çempionu, qarışıq qabiliyyətli insanlar üçün uyğun geyim dizaynına necə başladığı barədə hekayəsini paylaşır.
Kekalove, 2019-cu ildən bəri əlillərlə işləyən adaptiv bir moda brendidir. Kekalove "əlil arabasında olan insan necə şalvar geyə bilər?" ya da "skolyozlu olan insan köynək necə geyə bilər?" kimi sualları cavablandıraraq müxtəlif qabiliyyətli insanlar üçün adaptiv geyim dizayn edir və istehsal edir. Məhəmməd, öz komandası ilə hamı üçün uyğun, asan, və adaptiv geyimi dizayn edir, və Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr tələbəsidir.
İdeyadan reallığa
Azərbaycanda bir əlilin ailə üzvü kimi, işimə başlamazdan çox əvvəl əlil cəmiyyətinin qarşılaşdığı çətinliklər barədə məlumatım var idi. Əlilli insanlar təhsil, səhiyyə, və infrastrukturada çətinliklərlə hər gün mübarizə aparırlar. Həyatımızın hər tərəfində tam qabiliyyətli insanlara üstünlük velirilir ("ableism"). Bu məsələ ilə bağlı tədbir görməyin məsuliyyətini hiss etdim - əlilliyi olan insanlar üçün inklüzivlik və adaptiv moda mənim üçün, yaxınlarım və bütün əlillər cəmiyyəti üçün çox vacibdir.
Əlillər üçün uyğun geyim dizayn edən adaptiv moda markam olan Kekalove-a başlamağımın səbəbi budur. Bu fikir üzərində işləməyə və dostlarımla bölüşməyə başladığımda bu problemin yalnız Azərbaycanla deyil, eyni zamanda Birləşmiş Krallıq, ABŞ, Avstraliya kimi inkişaf etmiş ölkələrdə də rast gəlindiyini bildim. Bu sənayedə inkişaf üçün böyük bir imkanlar var, və bu inkişaf insanların həyatına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdi. Fikrin təsirinə və müsbət sosial nəticələrə inanıram.
Fikrim illərdir əlil nənəmi müşahidə etdikdən sonra ağlıma gəldi və uzun araşdırmalardan sonra başa düşdüm ki, biz tək deyilik.
Hal hazırda işimizi daha çox insanla paylaşacaq çox həyəcanverici bir layihə üzərində işləyirik. Yanlış düşüncələr, fərqli qabiliyyətlərə görə ayrıseçkiliklə mübarizə aparacaq bir rəqəmsal hekayə kampaniyasına başlayırıq. Kekalove eyni zamanda ilk adaptiv geyimlərimizin tam siyahını hazırlayır. Bu kampaniya Əlillər Moda Günü ilə başa çatacaq. Creative Spark proqramının mentorluq dəstəyi ilə onlayn mağazamızı işə salırıq və orijinal adaptiv geyimləri onlayn sata biləcəyik. Bu planlardan çox inam qazanmışam və ümid edirəm ki, çox yaxşı nəticələr qabağımızdadır. İnanıram ki işimiz cəmiyyətimizdə və dünyada böyük təsir göstərəcəkdir.