British Council Birləşmiş Krallığın London Metropolitan Universiteti ilə birlikdə 2020-ci ilin ən böyük video təqdimat müsabiqəsi - Creative Spark Big Idea-nı təqdim edir.
Bu müsabiqə minlərlə gəncə (18-35 yaş arası) biznes ideyaları və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Platforma, həmçinin, gənclərin işsizliyinin narahatlıq doğurduğu və Covid-19 pandemiyasının dünya iqtisadiyyatına zərbə vurduğu bir vaxtda onlara öz profillərini inkişaf etdirməsinə və karyera imkanlarını artırmasına dəstək göstərir.
2020 Creative Spark Big Idea müsabiqəsinin Azərbaycan üzrə qalibləri:
Kateqoriya | Qalib olan ideya | Qalib(lər) | Universitet |
Ölkə Çempionu | "Kekalove Adaptive Fashion" - Əlilliyi olan şəxslər üçün adaptiv dəb brendi | Məhəmməd Kekalov | Azərbaycan Dövlət İqtisad Universiteti |
İnsanların Seçimi Mükafatı | "Road Buddy" - Görmə məhdudiyyətli şəxslərin hərəkəti üçün alət/applikasiya | Solmaz Fətullayeva | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
Yaradıcılıq | "G2G Hotel" - Oyun sevənlər üçün “oyundan oyunçuya oteli” | Həsən Səfərəliyev, Aytən Hacıyeva, Miryaqub Babayev | Xəzər Universiteti |
Rəqəmsal Texnoloqiya | "Mealman" - Restorana çatmamış yeməyini sifariş e | Zaman Kərimov, Elnur Vəlixanlı | Xəzər Universiteti |
Sosial Təsir | "Kekalove Adaptive Fashion" - Əlilliyi olan şəxslər üçün adaptiv dəb brendi | Məhəmməd Kekalov | Azərbaycan Dövlət İqtisad Universiteti |
Qaliblər biznes təhsili və yaradıcı sahibkarlıq üzrə təcrübəli, yerli və xarici münsiflər tərəfindən seçilib. 50,000-dən çox insan isə “İnsanların Seçimi” üzrə öz sevimli ideyasını seçmək üçün qalibə səs verib.
Müsabiqə Cənubi Qafqaz ölkələri, Mərkəzi Asiya və Ukraynada 2 martdan 19 iyula qədər davam edib. 110 ali təhsil müəssisəsindən və yaradıcı institutlardan 500-ə qədər biznes ideyası qəbul olunub. Gənc sahibkarlar üç kateqoriya üzrə yarışıb: rəqəmsal texnologiya, social təsir və yaradıcılıq. Covid-19 pandemiyası ilə əlaqədar British Council yarışmaya əlavə olaraq “Pandemiyayla Mübarizə üçün İnnovasiya Mükafatı” təsis edib.
Geniş Avropa reqionmuzun üzrə Təhsil Direktoru, Riçard Everitin fikirləri: “Dünya iqtisadiyyatını dirçəltmək və gənclərin işsizliyini aradan qaldırmaq üçün innovativ biznes ideyalarına heç vaxt indiki qədər ehtiyac olmayıb. British Council olaraq dünya üçün böyük dəyişikliyə nail olacaq tələbələr, məzunlar və sahibarları dəstəkləməkdən məmnunuq. İdeyaların beşdə birinin Covid-19-la mübarizə üçün olduğunu nəzərə alaraq, biz qaliblərin yeni bizneslərə başlaması və öz arzularını reallaşdırmasına maliyyə yardımı dəstəyi göstərməyə çox şadıq.”