Sevimli ideyanıza səs verməyin vaxtı çatıb!
"Big Idea Challenge" müsabiqəsi Creative Spark proqramının həyata keçirildiyi ölkələrdən olan gəncləri yenilikçi "startap"lar yaratmağa və dünyaya səslərini çatdırmağa təşviq edən video-təqdimat yarışıdır. İştirak edən müəssisələrin tələbələri, məzunları və gənc sahibkarları müsabiqəyə müraciət edib, indi isə həyata keçiriləcək ən yaxşı ideyanı seçməyin vaxtı çatıb. Builki müsabiqə üç katerqoriya üzrə keçirilib:
Sosial təsir
Sosial inklüzivlik və gender bərabərliyi problemlərinin həllinə yönəlmiş və ya bütün dünyada kifayət qədər təmsil edilməyən icmalara istiqamətlənmiş ideyalar. Bu, köməyə ehtiyacı olan istənilən insana kömək etməyi hədəfləmiş hər hansı ideya ola bilər.
Yaradıcı düşüncə
Yeni məhsul, sərgi və ya mədəni mühitin canlandırılmasına töhfə verəcək istənilən metodla bağlı ideyalar. Yeni ideyalar yaradıcı insanların səslərini yeni auditoriyalara eşitdirməsinə və daha böyük uğur qazanmasına kömək edəcək.
Rəqəmsal Texnologiya
Texnologiyaların innovativ istifadəsinə əsaslanan, yeni proqram və ya aparat təminatının hazırlanması və tətbiq edilməsini əhatə edən ideyalar.
İştirakçı ölkələrin hər birində mükafat ictimaiyyətin daha çox səsini qazanmış komandaya veriləcək. Səsverməyə əsasən seçilən komandaların biri beynəlxalq ictimaiyyətin seçimi ilə qalib olacaq.