İl: 2012

Ölkə: Birləşmiş Krallıq

Rejissor: Fil Qrabski

Janr: sərgi filmi

Müddət: 83 dəq.

Yaş məhdudiyyəti: 12+

1482-ci ildə məşhur olmayan Toskan rəssamı Leonardo da Vinçi Milan hersoqu Lodoviko Mariya Sforzanın sarayına gəldi və 1499-cu ildə Milanı dövrünün və bəlkə də bütün zamanların ən məşhur rəssamı kimi tərk etdi. Fil Qrabskinin filmi Leonardonun rəssam kimi püxtələşdiyi bu 17 ilin necə keçməsindən bəhs edir. "Leonardo Live" 2011-ci ilin sonu 2012-ci ilin əvvəli Milli Qalereyada keçirilmiş və Londonda sensasiya yaratmış "Leonardo da Vinçi: Milan sarayının rəssamı" adlı sərginin vizual ekvivalentidir.

Bu sərgidə Londonda Leonardonun rəssamlıq irsinin yarısından çoxu bir araya gəlib – bu, tarixdə tayı-bərabəri olmayan bir tədbir idi. Krakovda Çartorıyski knyazlarının Fondundan "Kürklü qadın", Luvrdan "Gözəl Ferronera", Ermitajdan "Litta Madonnası", Vatikan Pinakotekidən "Xeyir-dua almış İeronim" və Luvr və Milli Qalereyadan olan iki "Madonna qayalıqlarda" rəsmi London auditoriyasına  həyatının sonlarında, fransız kralı I Frensisin sarayında yaşayıb-yaradarkən medianın mərkəzində duran sənət xadimi, ya da şöhrətinin zirvəsində dayanan ustad sənətkar Leonardonu deyil, başqa bir Leonardo göstərdi. Bu Leonardo Cokondadan əvvəlki, formalaşmağa doğru gedən, yorulmadan təcrübə aparan rəssamdır.

Fil Qrabski filmdə yalnız ekrandakı gözəlliyi ilə göz oxşayan sərgiyə deyil, muzeyin mətbəxinə də – əsərlərin restavrasiya edilməsinə, "Madonna qayalıqlarda" tablosunun italyan auksionunda alınmasının detektiv hekayələrinə bənzəyən tarixçəsinə və hətta bu səviyyədə sərginin uzun illər hazırlanmasının son nöqtəsini qoyan yorucu, lakin maraqlı proses olan tabloların asılmasına da diqqət yetirib. Cəmi üç ayda 323 897 nəfərin gəldiyi sərgiyə açılış günü Trafalqar meydanında uzanan böyük növbə filmə düşməyən yeganə kadr olub.