Buraxılış ili: 2017

İstehsalçı ölkə: Birləşmiş Krallıq

Rejissor: Endi Serkis

Janr: dram, romantika, tərcümeyi-hal

Rollarda: Kler Foy, Diana Riqq, Endryu Qarfild 

Davametmə müddəti: 117 dəqiqə

Yaş həddi: 16+

Dil: ingilis

Tərcümə: Azərbaycanca altyazılar

28 yaşında poliomielit xəstəliyinə yoluxan Robin xəstəxana çarpayısına məhkumdur və cəmi bir neçə ay ömrü qalıb. Diananın əkiz qardaşlarının köməyilə və ixtiraçı Teddi Hollun novator ideyaları sayəsində Robin və Diana bu həyatı birlikdə doya-doya yaşamaq, körpə oğullarını böyütmək, səyahət etmək və həyatlarının yerdə qalan hissəsini poliomielit xəstəliyindən əziyyət çəkən digər insanlara yardımçı olmağa həsr etmək üçün xəstəxana palatasından qaçmağa cürət edir.

MÜKAFATLAR VƏ FESTİVALLAR:

London Beynəlxalq Film Festivalı - Açılış Filmi

BIFA Award nominasiyası - ən yaxşı saç düzümü və qrim, ən yaxşı səs