Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı

"Creative Spark" Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Gürcüstan, Ermənistan) və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beş illik təşəbbüsdür. 

Biz yuxarıda sadalanan yeddi ölkədə ali təhsil sahəsində aparılan islahatları dəstəkləmək və işsizlik səviyyəsinin aşağı salınmasına töhfə vermək məqsədilə biznes təhsilinin inkişafına yardımçı olmaq üçün Birləşmiş Krallığın təcrübəsindən istifadə edəcəyik. Bununla da, proqramın birinci ilində 10 000-dən çox tələbəyə və gənc sahibkara dəstək göstərəcəyik.  

Proqram üç əsas elementdən ibarətdir:

  1. Biznes təhsilini dəstəkləmək və biznes mərkəzləri yaratmaq məqsədilə Birləşmiş Krallıqda və proqrama qoşulan yeddi ölkədə fəaliyyət göstərən universitetlər və yaradıcılıq müəssisələri arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi.
  2. Tələbələrə və yaradıcı sahibkarlara biznes bacarıqlarının öyrədilməsi, ideyaların təqdim edilməsi, biznesin qurulması, əqli mülkiyyətin qorunması və kredit xətlərinin təmin edilməsi mövzusunda təlim paketlərinin təklif olunması.
  3. İngilis dilini öyrənmə proqramının, rəqəmsal tədris materiallarının, o cümlədən, təlim platformalarının, onlayn kursların və geniş kütlə üçün açıq olan onlayn kursların (MOOC) sahibkarlar üçün ingilis dili səviyyəsində təklif edilməsi.

Proqramın məqsədi

Yaradıcılıq müəssisələrinin proqrama qoşulan ölkələrdə dayanıqlı və inklüziv inkişafa Birləşmiş Krallığın dəstəyilə böyük töhfə verəcəyi gözlənilir.

Gözlənilən nəticələr:

  • iştirakçıların məlumatlılıq səviyyəsini, sahibkarlıq və ingilis dili bacarıqlarını artırmaq, bununla da, onlara yaradıcı iqtisadiyyatın inkişafına dəstək göstərmək üçün bizneslərini yeniləmək və genişləndirmək imkanı vermək
  • Birləşmiş Krallıqda və proqrama qoşulan ölkələrdə dayanıqlı biznes bacarıqlarının, təhsil sistemlərinin və biznes mərkəzlərinin inkişaf etdirilməsi üçün tərəfdaşlar arasında birgə işi gücləndirmək.

Bazar araşdırması

Proqram Birləşmiş Krallıqda və proqrama qoşulan ölkələrdə "Yaradıcı Biznes və Sahibkarlıq Təhsili" mövzusunda aparılmış araşdırmaya əsaslanır.

Hesabatda milli siyasət, mövcud modellər, qabaqcıl təcrübələr, habelə hər bir ölkənin sahəvi maneələri və imkanları öz əksini tapır. Daha çox məlumat əldə etmək üçün araşdırma nəticələrinin qısa xülasəsini yükləyə bilərsiniz.

"Creative Spark" Tərəfdaşlıq Fondu

Tərəfdaşlıq Fondu proqrama qoşulan ölkələrdə biznes təhsilinin inkişafını dəstəkləyən tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin edəcək. O, sözügedən ölkələrdə yaradıcılıq sahələrini möhkəmləndirməklə işsizlik səviyyəsinin azaldılmasına nail olacaq.

Tərəfdaşlıq münasibətləri aşağıdakı aşağıdakı məsələlərin həllinə istiqamətlənir:

  • Tələbələrin və gənc, yaradıcı sahibkarların bacarıqlarının inkişaf etdirilməsi  
  • Yeni biznes aktivasiya və inkubasiya xidmətlərinin dəstəklənməsi 
  • Biliklərin mübadiləsi  

2018-ci ilin sentyabr ayında Lids şəhərində keçiriləcək olan Birləşmiş Krallığın Biznes və Sahibkarlıq Təhsilinə həsr olunmuş Milli Konfransında Tərəfdaşlıq Fondlarının fəaliyyətə başladığı rəsmən elan olunacaq. 

Tərəfdaşlıq fondu və müraciət qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün "Creative Spark" Tərəfdaşlıq Fondunun səhifəsini ziyarət etməyiniz xahiş olunur.