Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı 2018-2019-cu illərdə uğurlu olması səbəbindən, Birləşmiş Krallıq və yeddi ölkənin qurumlarının arasında əlavə 12 beynəlxalq ikitərəfli tərəfdaşlıq layihələri maliyyələşdirəcəyimizi elan etməyimizdən məmnuniyyət duyuruq. Hər bir beynəlxalq ikitərəfli tərəfdaşlıq layihəsi maksimum £40,000 miqdarında maliyyələşdirilmədən faydalanacaqdır.

BMT artıq yaradıcılıq sahəsini dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən sektorlarından biri olaraq bildrib. Creative Spark proqramında iştirak etməklə, siz gələcək nəsillərə məşğulluq imkanlarını möhkəmləndirən yeni bacarıqların inkişaf etdirilməsinə və öz ölkə iqtisadiyyatınızın yaradıcı sektorunun inkişafına doğru addım atacaqsınız. 

Necə müraciət etməlisiniz?

Müraciət müddəti artıq bitdi. Nəticələr 3 iyun 2019 tarixindən sonra elan ediləcək. Hər hansı sualınız olsa, lütfən Creative Spark proqram komandamızla, və ya bizim ölkədəki filialının ofisimizə sorğunuzu göndərin.