Üstünlük verdiyiniz ölkədə təhsil almaq üçün müraciət edərkən bunu ətraflı planlaşdırmaq lazımdır. Öz nailiyyətinizi qeyd etmək üçün bizim siyahımızdan istifadə edin
Xaricdə təhsil üçün IELTS | British Council Azərbaycan

Müvafiq hesab etdiyiniz kolleci və ya universiteti seçin, Sizə lazım olan IELTS versiyasını və tələb olunan IELTS balını yoxlayın. Bunun üçünIELTS üzrə qeydiyyat saytından istifadə edin.
- Hazırki müəssisənizdə müsbət akademik göstəricilər sənədini əldə edin.
- Sizə ən yaxın olan IELTS imtahan mərkəzini tapıb, müvafiq tarixi yoxlayın və imtahanınızı bronlaşdırın. Siz məşğələyə qəbul olunmazdan təxminən 12 – 14 ay əvvəl imtahan verməyi planlaşdırmalısınız.
- Hətta ingilis dili Sizin doğma diliniz olsa da, IELTS imtahanlarına hazırlaşmağa başlayın. Siz imtahanın formatı və vaxtı ilə tanış olmalısınız.
- Sizin maraqlandığınız müəssisələrdən qəbul imtahanının tələb olunub-olunmadığını müəyyən edin. Seçdiyiniz müəssisə(lər) tərəfindən tələb olunan imtahan(lar)a hazırlaşmağa başlayın.
- IELTS imtahanı verin və 13 gün ərzində öz ballarınızı öyrənin. Əgər tələb olunan miqdarda bal yığa bilməmisinizsə, növbəti dəfə necə uğur qazanmaq haqqında fikirlərlə məşğələlər və mənbələrdə tanış ola bilərsiniz.
- Müraciət etmək istədiyiniz hər bir təşkilat üçün tələb olunan bütün formaları, sənədləri və qəbzləri toplayıb qovluq hazırlayın.
- Bütün əizə materiallarını diqqətlə oxuyun və icra tarixində bütün tələbləri yerinə yetirin. Vaxta riayət etmək üçün ərizə təqvimi yaradın.
- Seçdiyiniz müəssisə(lər) üçün qəbul ərizəsini doldurun.
- Maliyyə yardımı və stipendiya ilə əlaqədar ərizəni doldurun.
- Viza tələblərini yoxlayın.
Bu mərhələdə hansı müəssisənin Sizi tələbə kimi qəbul etdiyini bilməlisiniz.
Viza ərizənizin tələb olunan qaydada icra edildiyinə əmin olun.