Vacib xəbərdarlıq

Qeyd edək ki, British Council IELTS qeydiyyat saytı adı altında faəliyyət göstərən saxta vebsaytlar mövcuddur. Onların bizimlə əlaqəsi yoxdur və biz həmin vebsaytlarda əks olunan məlumatlardan məsuliyyət daşımırıq. Şəxsi məlumatlarınızı daxil etməzdən əvvəl bizim təhlükəsiz onlayn qeydiyyat sistemindən istifadə etdiyinizə əmin olun və “British Council” sözünün düzgün yazıldığını yoxlayın.

Siz bizim Onlayn Qeydiyyat Xidmətimizdən istifadə edərək IELTS imtahanı üçün cəld və asanlıqla qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün aşağıdakı əməliyyatlar aparılmalıdır: 

1. NAMİZƏDLƏR ÜÇÜN MƏLUMATIN OXUNMASI

Namizədlər üçün Məlumatları yükləyib oxuyun. Burada imtahanın formatı, sual növləri və imtahan nəticələri göstərilir. Nəzərə alın ki, IELTS imtahanları 16 yaşdan gənc şəxslər üçün tövsiyyə olunmur.  

2. İMTAHANIN HANSI VERSİYASININ SİZİN ÜÇÜN DÜZGÜN OLDUĞUNU QƏRARLAŞDIRIN

IELTS imtahanının 2 versiyası var:

  • IELTS Akademik imtahan
  • IELTS Ümumi təlimat imtahanı

İmtahanın hansı versiyasının Sizin üçün düzgün olduğunu qərarlaşdırmaq üçün bizim sadə təlimatımızı oxuyun.  

3. IELTS İMTAHANININ TARIXLƏRINI YOXLAYIN

Bizim bütün IELTS imtahanlarımızın keçiriləcəyi yerlərin sayı məhduddur. Özünüzə yer tutduğunuza əmin olmaq üçün seçdiyiniz imtahan tarixindən 2 ay əvvəldən qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.  Əlbəttə həmin tarixdən sonra da boş yerlər qala bilər. Siz imtahan tarixləri və mövcud yerlər haqqında məlumatları buradan əldə edə bilərsiniz.

Nəzərə alın ki, Sizin dinləmə, oxuma və yazı imtahanınız eyni gündə başa çatacaq. Sizin danışıq imtahanınız da əsas imtahanla eyni gündə, yaxud ondan bir həftə əvvəl və ya bir həftə sonra təklif oluna bilər. Əgər danışıq imtahanı gününüz əsas imtahan tarixidən fərqli vaxtda keçirilsə, bu barədə Sizə qabaqcadan məlumat veriləcək.

4. ONLAYN QEYDİYYAT

Imtahanda yerinizi bronlaşdırmaq üçün bizim Onlayn Qeydiyyat Sistemimizdən istifadə edin.

5-ci mərhələdə göstərilən sənədləri təqdim edə biləcəyinizə və 6-cı mərhələdə göstərilən ödəniş üsullarının birindən istifadə etməklə ödənişi həyata keçirə biləcəyinizə əmin olun.  

Gecikmiş qeydiyyat

Gecikmiş qeydiyyat üçün aşağıdakı prosedura əməl etmək lazımdır: 

  • İmtahanda iştirak etmək üçün boş yerin olub-olmamasını müəyyən etmək məqsədi ilə bizə elektron məktub göndərin
  • Boş yerin olduğunu təsdiqləyən məlumat aldıqdan sonra Gecikmiş qeydiyyat formasını yükləyərək əllə doldurmaq lazımdır.
  • Gecikmiş qeydiyyat üçün əlavə məbləğ ödəniş edilməməlidir.    

5. SƏNƏDLƏRİN HAZIRLANMASI VƏ GÖNDƏRİLMƏSİ

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçərkən aşağıda göstərilən sənədlər skanlaşdırılaraq bizə göndərilməlidir:

  • Şəxsiyyəti təsdiq edən sənədin və ya pasportun fotoşəkli
  • Əgər yerli vətəndaş deyilsinizsə, yalnız pasportunuzun surətini təqdim etməlisiniz
  • 18 yaşdan aşağı bütün şəxslər, uşaqlar üçün imtahanda iştirak forması və imtahan yerini tək tərk etməklə bağlı icazə forması

6. ÖDƏNİŞ ÜSULUNUN SEÇİLMƏSİ [YERLI TƏFSILATLARA MÜVAFIQ OLARAQ, AŞAĞIDA GÖSTƏRİLİR]

İmtahanda qeydiyyat üçün ödəniş 300 AZN-dir. İmtahan ödənişinizi aşağıdakı yollarla ödəyə bilərsiniz::

i)  Onlayn ərizə forması ilə onlayn üsulla 

ii)  Bank köçürməsi ilə

• Qeydiyyatdan keçdikdən sonra Siz ödəniş üçün bank rekvizitlərinin göstəriləcəyi avtomatik elektron məktub alacaqsınız. Əgər gecikmiş qeydiyyat ərizəsi təqdim etsəniz, biz bank təfsilatlarını Sizin elektron ünvanınıza göndərəcəyik. 

• Ödənişinizin İSTİNAD bölməsində yazın: [Ad, soyad / IELTS imtahanının tarixi] məsələn, Günay Əzizova IELTS 03.09.2015

• Siz ödəniş etdikdən sonra qeydiyyat sənədlərinizin qalan hissəsi ilə birlikdə bank köçürməsi qəbzini bizə təqdim etməyiniz xahiş olunur.  

7. QEYDİYYATIN TAMAMLANMASI

Pasportun və ya şəxsiyyət vəsiqəsinin surəti, eləcə də ödəniş qəbzi ielts@britishcouncil.az elektron ünvanına göndərilməlidir. 

Sizin onlayn qeydiyyat tarixinizdən sonrakı 5 iş gün ərzində biz bütün sənədləri əldə etməliyik. Təəssüf ki, əgər həmin 5 iş günü ərzində Siz sənədləri göndərməsəniz, qeydiyyatınız ləğv olunacaq. 

Biz doldurulmamış ərizəni qəbul edə bilmərik, buna görə də bütün zəruri məlumatları bizə göndərdiyinizə əmin olmalısınız.

Nəticələrinizin surətləri

Əgər nəticələrinizin universitetlərə və ya digər təhsil müəssisələrinə göndərilməsini istəyirsinizsə, onlayn qeydiyyat formasının müvafiq xanalarına öz lazımi ünvanlarınızı daxil etməyiniz xahiş olunur. Biz hər tələbənin adından ən çoxu 5 nəticənin surətini təqdim edə bilərik. 

8. QEYDİYYATDAN SONRA

Qeydiyyatdan keçdikdən sonra Siz pulsuz onlayn məşğələyə giriş kodu göstərilən avtomatik elektron məktub alacaqsınız: IELTS-ə aparan yol

  • Biz 2 iş günü müddətində Sizə təsdiq məktubu göndərəcəyik 
  • İmtahanınızın başlanacağı vaxt və keçiriləcəyi ünvan haqqında məlumat Sizə imtahan tarixindən 7 gün əvvəl təqdim olunacaq. 

Əlavə məlumat almaq üçün ielts@britishcouncil.az electron ünvanı ilə bizim İmtahan Xidmətləri ilə əlaqə saxlaya bilərsiniz 

XÜSUSİ TƏDBİRLƏR

IELTS imtahanları ədalətlə və qərəzsiz keçirilir və Sizin ingilis dili biliyiniz, Sizin xüsusi ehtiyaclarınızdan asılı olmayaraq, obyektiv şəkildə qiymətləndiriləcək.   

Biz Sizin imtahanınız üçün tələb oluna biləcək hər hansı xüsusi tədbirlərlə Sizə kömək edə bilərik [xüsusi yerli tədbirlər səhifəsinə istinad]. Məsələn, biz görmə və ya eşitmə qabiliyyəti məhdud, yaxud dil qüsuru olan şəxslərə kömək təklif edirik. 

Xüsusi tədbirlər üçün necə müraciət etməklə əlaqədar imtahan tarixindən 3 ay əvvəl bizimlə əlaqə saxlamağınız xahiş olunur

ÖDƏNİŞİN QAYTARILMASI

Əgər Siz ödənişin geri qaytarılmasını istəyirsinizsə, bu tələbi irəli sürməzdən əvvəl ödənişin geri qaytarılması haqqında siyasətimizlə tanış olmağınız xahiş olunur.

Siz aşağıdakı hallarda ödənişin qaytarılması üçün müraciət edə bilərsiniz: 

  • Əgər Siz imtahan tarixindən ən azı 5 həftə əvvəl qeydiyyatınızı ləğv etsəniz, ödəniş geri qaytarılacaq, lakin ümumi imtahan haqqının 25% həcmində inzibati cərimə tutulacaq.
  • Əgər Siz imtahan tarixinə 5 həftədən az müddət qaldıqda qeydiyyatınızı ləğv etsəniz, ödəniş geri qaytarılmayacaq. Müstəsna hallarda, bu müraciət imtahanda iştirak etməyinizin Sizin sağlamlığına ciddi zərər vuracağı ilə, yaxud hərbi xidmətə çağırışla bağlı ola bilər. Bu halda da ümumi imtahan haqqının 25% həcmində inzibati cərimə tutulacaq. 
  • Əgər Siz qabaqcadan xəbərdarlıq etmədən imtahan günü imtahana gəlməsəniz, ödənişiniz qaytarılmayacaq. Əgər xəstəlik səbəbindən imtahana gəlməsəniz, imtahandan sonrakı 5 gün ərzində tibbi arayış təqdim etməlisiniz.  Bu halda da ümumi imtahan haqqının 25% həcmində inzibati cərimə tutulacaq.  
  • Arayışlar yalnız baş həkimin və ya həmin müalicə idarəsində təşkil olunmuş həkim-məsləhət komissiyası tərəfindən təsdiqlənməlidir və həmin müəssisənin blankında verilməlidir.

İMTAHAN GÜNÜNÜN DƏYİŞİLMƏSİ

Əgər Siz imtahanın başqa günə keçirilməsini istəyirsinizsə, qeydiyyatdan keçdiyiniz imtahanın tarixindən ən azı 5 həftə əvvəl bu barədə bizə məlumat verməlisiniz. Bu məqsədlə İmtahan gününün dəyişilməsi üçüm Ərizə Formasını dolduraraq bizə təqdim etməyiniz xahiş olunur. 

Tibbi arayışlar yalnız baş həkimin və ya həmin müalicə idarəsində təşkil olunmuş həkim-məsləhət komissiyası tərəfindən təsdiqlənməlidir və həmin müəssisənin blankında verilməlidir.

Əgər Siz öz imtahan tarixinizi ikinci dəfə dəyişsəniz, bunun üçün 25 manat ödəməlisiniz 

İmtahan tarixləri, ödənişləri və yeri

Uğur IELTS-lə birlikdə başlayır