Hansı IELTS testini seçəcəyinizdən əmin deyilsiniz? Sizə kömək edə bilərik!

IELTS testinin müxtəlif növləri var. IELTS sayəsində bütün dünyanı dolaşa, arzuladığınız işi tapa və ya ingilis dili biliklərinizi inkişaf etdirdiyinizi göstərə bilrəsiniz. Seçəcəyiniz test sizin nə istədiyinizdən asılıdır.

Testə qeydiyyat etməzdən əvvəl müraciət etdiyiniz təşkilatla sizə lazım olan test formatını dəqiqləşdirin.

IELTS Academic testindən keçin

Əgər universitet və ya magistr təhsili üçün IELTS Academic testindən keçmək istəyirsinizsə, yaxud da ingilis dilli ölkədə peşəkar bir təşkilatda işləmək istəyirsinizsə, bu test sizin üçündür.

IELTS General Training testindən keçin

Əgər universitet təhsili almaq, ingilis dilli ölkədə, yaxud da öz ölkənizdə işləmək və ya ingilis dilli ölkəyə köçmək istəyirsinizsə, IELTS General Training testi sizin üçündür.

Birləşmiş Krallıqda işləmək və ya təhsil almaq istəyirsiniz?

Birləşmiş Krallıq vizası və immiqrasiya üçün xüsusi IELTS testi mövcuddur. Əgər siz Birləşmiş Krallıqda işləmək, təhsil almaq və ya yaşamaq istəyirsinizsə, o zaman sizə bu test lazımdır.

Siz IELTS testini necə verəcəyinizi seçə bilərsiniz