IELTS nəticəmi nə vaxt əldə edəcəyəm?
IELTS test nəticələriniz çox qısa müddətdən sonra təqdim olunur.
Siz Test İştirakçısının Portalına daxil olub öz nəticələrinizi yoxlaya bilərsiniz. IELTS Nəticələriniz 40 gün ərzində onlayn qalacaq, lakin sizin rəsmi göstəriciləriniz kimi istifadə edilə bilməz.
Əgər siz kompüter üzərindən IELTS imtahanı vermisinizsə, nəticələriniz imtahan günündən cəmi 3-5 gün sonra elan ediləcək. Əgər siz kağız üzərindən IELTS imtahanı vermisinizsə, nəticələriniz imtahan günündən 13 gün sonra elan ediləcək.
Test Hesabatı Formasını itirirsəniz və ya test nəticələrinizi unutsanız, zəhmət olmasa test mərkəzinizlə əlaqə saxlayın.
İmtahan |
Vaxt |
Kağız üzərində IELTS |
13 gün |
IKomputer üzərində IELTS |
3-5 gün |
İnternet üzərində (onlayn) IELTS |
3-6 gün |
Böyük Brittaniya Viza və İmmiqrasiya şöbəsi üçün (UKVI) IELTS |
13 gün |
IELTS Life Skills |
7 gün |
Nəticəmin fiziki surətini nə vaxt əldə edəcəyəm?
IELTS testində yığdığınız balın İmtahan Hesabatı Formasının (TRF) kağız nüsxəsini bizim ofisimizdən, iş günlərində saat 14.30 və 17.30 arasında, imtahan tarixinizdən 13 gün sonra əldə edə bilərsiniz. Nəticələriz SMS vasitəsilə də sizə həmin gün göndəriləcək.
IELTS nəticələri telefon və ya e-poçt vasitəsilə açıqlanmayacaq.
İmtahan Hesabatı Formanızı (TRF) birbaşa müraciət etdiyiniz təşkilatlara göndərəcəyik
Sizin TRF-in əlavə beş ədədə qədər nüsxəsini birbaşa müraciət etdiyiniz təşkilatlara göndərə bilərik (məsələn, universitetlərə, immiqrasiya idarələrinə və s.). Bunu etməyimizi istəyirsinizsə, xahiş edirik, qeydiyyat portalında müvafiq ünvanları, imtahanı verdikdən sonra iki il ərzində daxil edəsiniz.
Xahiş edirik, təşkilatın tam poçt ünvanını verməyi unutmayın. Tam ünvan olmadan biz təşkilatların onlara elektron şəkildə təqdim etdiyimizdən sonra nəticələrinizi görmək imkanı verən IELTS İmtahan Hesabatı Formasını Doğrulama Xidmətinə daxil olub-olmadıqlarını yoxlaya bilmirik. Onların bu xidmətə çıxış imkanı olmadıqda, sizin TRF-i poçtla göndərəcəyik.
IELTS nəticələrimin əlavə nüsxəsini ala bilərəm?
Sizin TRF-in təqdim etdiyimiz beş ədəd nüsxəsindən əlavə olaraq, başqa nüsxəsini tanıma təşkilatına göndərməyimizi istəsəniz, hava poçtu ilə göndərmək üçün bir nüsxəyə və ya beynəlxalq istiqamətlərə daşıyıcı vasitəsilə göndərmək üçün bir nüsxəyə məbləğdə haqq ödəməlisiniz.
İmtahan mərkəziniz bağlıdırsa, əlavə imtahan hesabat formalarını ielts.org saytından sifariş edə bilərsiniz.
Siz təşkilatın ünvanını göstərməlisiniz və Əlavə İmtahan Hesabatı Forması üçün ərizə doldurmalısınız. IELTS imtahan nəticənizi və pasportunuzun fotosurətini ərizə formasına əlavə edin və bunu bizə ielts@britishcouncil.az ünvanına göndərin. Sonra TRF-i birbaşa təşkilata göndərəcəyik.
Xahiş edirik, əlavə İmtahan Hesabatı Formasının işlənməsinin təxminən 10 gün çəkdiyini nəzərə alın.
IELTS-də yığdığım bal nə deməkdir?
Sizə hər bir imtahan hissəsi üçün İngilis dilində biliyinizi əks etdirən 0-9 diapazonunda toplam IELTS dəst yığılmış bal veriləcək.
Sizin TRF dörd bacarığın hər biri üçün (Dinləmə, Oxuma, Yazma və Danışıq) yığılmış balı, eləcə də ümumi dəst yığılmış balı göstərir. Siz imtahanın hər bölməsində tam dəst balı (məsələn, 5.0, 6.0, 7.0) və ya yarım dəst balı (məsələn, 5.5, 6.5, 7.5) yığa bilərsiniz.
Burada yığdığınız balın nə deməkdir olduğu haqqında daha çox məlumat əldə edin.
IELTS nəticələrim hansı müddət ərzində etibarlıdır?
Bu müddət iki ildən çox olduqda, imtahanı keçdiyinizdən sonra İngilis dilinizi fəal olaraq istifadə etdiyiniz və ya təkmilləşdirməyə çalışdığınız barədə sübut təqdim etmədiyiniz halda, təşkilatlar adətən nəticələrinizi qəbul etməyəcəklər. IELTS Tərəfdaşları müddət iki ildən çox olan imtahan nəticələrinin etibarlılığını təsdiq edə bilməzlər.
IELTS imtahanımın nəticəsini necə təkrar yoxlatdıra bilərəm?
Gözlənilən nəticəni almadığınız halda, imtahanınızın təkrar yoxlanılması üçün müraciət edə bilərsiniz. Bu, Nəticələr Haqqında Sorğu (Enquiry on Results) adlanır (EOR). Siz təkrar yoxlanılmasını istədiyiniz imtahan bölməsini seçə bilərsiniz.
Bu xidmət üçün ödəniş haqqı 250 AZN təşkil edir. İmtahanın istənilən hissəsi üçün yığdığınız bal artarsa, xidmət haqqı sizə geri qaytarılacaq.
İstər kağız, istərsə də kompüter üzərindən verdiyiniz IELTS imtahanınızda, təkrar yoxlanılma üçün imtahan tarixindən sonra altı həftədən gec olmayaraq müraciət etməlisiniz.
Nəticələrə dair sorğunu Test İştirakçısının Portalından onlayn təqdim edə bilərsiniz. Alternativ olaraq, Nəticələr Sorğusu Formasını aşağıdan yükləyə və imtahan verdiyiniz test mərkəzinə təqdim edə bilərsiniz. Ödəmə sənədinizi əlavə etdiyinizdən əmin olun.
Enquiry of Results (EORs) Nəticələr Haqqında Sorğunun nəticələri müraciət etdiyiniz gün və ya müraciətinizdən 21 gün ərzində əldə edilə bilər. Bu müddət neçə bölməni yenidən qiymətləndirmizi istədiyiniz də daxil olmaqla, bir çox faktordan asılıdır.
IELTS imtahanımı təkrar keçə bilərəm?
IELTS imtahanının təkrar keçirilməsində heç bir məhdudiyyət yoxdur. İmtahan keçməyə hazır olduğunuzu hiss etdiyiniz anda imtahan sifariş edə bilərsiniz.
Xahiş edirik, təkrar imtahan keçməzdən əvvəl İngilis dilinizi inkişaf etdirmək üçün nəzərə çarpacaq dərəcədə səy göstərməsəniz, yığdığınız balın artmasının ağlabatan olmadığını nəzərə alın. Təcrübə imtahanını keçmək və səviyyənizi qiymətləndirmək üçün hazırlıq bölməsinə ziyarət edin.