Tələbələrini IELTS testinə hazırlayan müəllimlərə dəstək olmaq üçün ödənişsiz istifadə edə biləcəyiniz bir sıra onlayn yardımçı resursları hazırlamışıq.

Müəllimlər üçün ödənişsiz onlayn vebinarlar

Ödənişsiz onlayn vebinarlarımız sizə IELTS və onun formatı haqqında daha çox məlumat əldə etməyə, tələbələrinizi hazırlayarkən istifadə edə biləcəyiniz məsləhətləri bölüşməyə və dünyaca məşhur ingilis dili mütəxəssisləri ilə əlaqə yaratmağa kömək edəcəkdir. Vebinarın sonunda IELTS ilə bağlı bütün suallarınıza cavab verəcəyik - öz suallarınızı əvvəldən hazırlayın!

NÖVBƏTİ VEBİNARLARIMIZ

Tarix

Mövzu (ingilis dilində)

15 sentyabr 2020 | 15.00 Developing higher-level vocabulary for IELTS
15 oktyabr 2020 | 15.00 Grammar: how to help test takers improve in a very short time
15 noyabr 2020 | 15.00 Reading skills for IELTS and beyond
15 dekabr 2020 | 15.00 Speaking for IELTS: improving test takers' performance

Bu və növbəti sessiyalar haqqında məlumat almaq üçün kompüter üzərindən IELTS səhifəmizə keçid edin.

IELTS imtahanına hazırlıqda köməyə ehtiyacınız varsa, Success in IELTS vebinarlarımızdan birinə qeydiyyatdan keçin.

Ötən vebinarımızdan videonu izləyin:

Müəllimlərə dəstək qrupu

Bizim bağlı Facebook qrupumuz dünyanın hər yerindən IELTS müəllimlərinə müəllimlik təcrübəsini, IELTS dərs planlarını, hazırlıq resurslarını və məsləhətləri bölüşməyə imkan yaradır. Qrupa qoşulun və digər ölkələrdən olan kolleqalarınızla ünsiyyət qurmağa başlayın.