Planlarınız dəyişərsə və ya gözlənilməz bir vəziyyətlə qarşılaşsanız, IELTS imtahanınızı ləğv etməli və ya imtahan tarixinizi başqa tarixə keçirməli ola bilərsiniz. Aşağıda bizim Ləğv, Ödənişin Qaytarılması və Tarixin Dəyişdirilməsi siyasətimiz təqdim olunur.
Bu səhifədəki məlumatlar standart IELTS imtahanlarına aiddir. Əgər IELTS for UKVI imtahanını (o cümlədən IELTS for UKVI Life Skills) verirsinizsə, xahiş olunur IELTS for UKVI ləğv etmə və tarixin dəyişdirilməsi siyasəti səhifəmizə daxil olasınız.
IELTS imtahanının ləğvi və ödənişin qaytarılması
IELTS imtahanı üçün qeydiyyatınızı imtahanda iştirak etməzdən əvvəl istənilən vaxt Test Taker Portal vasitəsilə ləğv edə bilərsiniz.
Ödənişin qaytarılması şərtləri ləğvetməni nə vaxt etdiyinizdən və istisna halların tətbiq olunub-olunmamasından asılıdır:
|
İmtahanın ləğv edildiyi tarix |
Geri ödəniş siyasəti |
|
İmtahan tarixindən 15 gün əvvələ qədərdirsə |
İmtahan haqqının ümumi məbləğinin 75%-i geri ödənilir. (25 % xidmət haqqı tutulur) |
|
İmtahan tarixinə 14 gündən az vaxt qalmışdırsa |
Geri ödəniş həyata keçirilmir |
Yerli qanunvericiliyiniz sizə daha üstün hüquqlar verə bilər. Əgər IELTS imtahanını vermək üçün qeydiyyatdan keçdiyiniz yerin istehlakçıların hüquqlarının müdafiəsi qanunvericiliyi sizə ləğv etmə və tarixin dəyişdirilməsi üzrə daha əlverişli hüquqlar təklif edirsə, bu halda yerli qanunlar tətbiq ediləcəkdir.
İmtahan verənlər üçün istisna hallar
Əgər imtahan günündə xəstələnsəniz və ya şəxsi fövqəladə vəziyyət yaranarsa, imtahanınızı ləğv etməli ola bilərsiniz. Bu halda, müstəsna hallar səbəbindən müraciətinizin xüsusi olaraq nəzərə alınması üçün imtahan mərkəzinizə müraciət edə bilərsiniz. Bu, imtahanınızı daha sonrakı imtahan tarixinlərindən birinə keçirməyə və ya bəzi hallarda ödənişin geri qaytarılmasına imkan yaradacaqdır.
Müstəsna hallar aşağıdakılardır:
- Sarsıdıcı hadisə
- Məişət böhranı / ailədaxili fövqəladə hal
- Qaçınılmaz hüquqi və ya hərbi öhdəlik
- İmtahan günündə iştirak etməyə və ya sakit/rahat şəraitdə imtahan verməyə mane olan ciddi tibbi vəziyyət
- Yaxın insanın itkisi və ya digər ciddi çətinliklər
- Kütləvi iğtişaşlar və ya kəskin hava şəraiti
İmtahanda iştirak etməmisinizsə, müstəsna hallar üçün müraciəti imtahandan əvvəl və imtahan tarixindən sonra ən gec iki təqvim günü ərzində edə bilərsiniz. Nəticələriniz elan edildikdən sonra müraciətlər qəbul edilməyəcəkdir.
Siz birbaşa imtahan mərkəzinizlə əlaqə saxlamalı və müstəsna hallar üçün tələblərə cavab verdiyinizi təsdiqləyən tam məlumatı müvafiq sübutlarla birlikdə təqdim etməlisiniz. İmtahan mərkəziniz müraciətinizi qiymətləndirəcək və tam yazılı müraciətinizi aldıqdan sonra yeddi iş günü ərzində sizə cavab verəcəkdir.
İmtahan mərkəziniz müraciətinizi təsdiqləyərsə, ödənişiniz geri qaytarılacaq və ya imtahan tarixiniz dəyişdiriləcəkdir. Bəzi hallarda buna görə xidmət haqqı tutula bilər. Nəzərə alın ki, ödənişin geri qaytarılması prosesi 4–6 həftə çəkə bilir.
Müstəsna hallarla bağlı müraciət etmək üçün, xahiş olunur İmtahan Mərkəzinizlə əlaqə saxlayın və ləğvetmə sorğunuzu təsdiqedici sənədlərinizlə birlikdə təqdim edin.
İmtahan Mərkəzi üçün istisna hallar
İmtahan mərkəzinizin nəzarətindən kənar olan müəyyən hallarda, imtahanınızı ləğv etmək və onu gələcək bir tarixə keçirmək məcburiyyətində qala bilərik. Bu hallara kəskin hava şəraiti, təbii fəlakət, kütləvi iğtişaşlar, tətillər və ya fors-major hallar daxildir, lakin bunlarla məhdudlaşmır.
Bu cür hallarda imtahan mərkəziniz sizə mümkün qədər tez xəbərdarlıq edəcək və aşağıdakı seçimlərdən birini təklif edəcəkdir:
- Ödənişin tam şəkildə geri qaytarılması, və ya
- İmtahanın sizin üçün uyğun olan gələcək bir tarixə keçirilməsi.
Əgər imtahanınız texniki nasazlıq, məkan və ya ətraf mühit amilləri kimi digər səbəblərdən ləğv edilərsə və ya təxirə salınarsa, imtahan mərkəziniz sizə mümkün qədər tez xəbərdarlıq edəcək və ödənişin qaytarılması və ya gələcək imtahana keçirilmə seçimini təqdim edəcəkdir.
IELTS imtahan gününün dəyişdirilməsi
Əgər siz IELTS imtahanı üçün qeydiyyatdan keçmisinizsə və imtahan tarixinizi dəyişmək istəyirsinizsə, qeydiyyatınızı yeni imtahan tarixi ilə əvəz edə bilərsiniz. Tarix dəyişikliyi şərtləri müraciətinizi nə vaxt etdiyinizdən asılıdır:
|
Tarix dəyişikliyi üçün müraciət tarixi
|
Tarix dəyişikliyi şərtləri |
|
İmtahan tarixindən 15 gen əvvələ qədər |
5 dəfəyədək tarix dəyişikliyi ödənişsiz həyata keçirilir.
|
|
İmtahan tarixinə 5-14 gün qalmış müddət ərzində |
Tarix dəyişikliyinə icazə verilir,25% məbləğində inzibati xidmət haqqı tutulur. |
|
İmtahan tarixinə 5 gündən az qalmış |
Tarix dəyişikliyinə icazə verilmir.Tarix dəyişikliyi ilə bağlı istənilən müraciət ləğvetmə kimi qiymətləndirilicək və standard geri ödəniş qaydaları tətbiq olunacaq. |
Tarixin dəyişdirilməsini tələb etmək üçün Test Taker Portala daxil olun və "Manage my Booking" bölümündəki təlimatlara əməl edin.