Sydney Opera House
©

Photo by: Diliff, Creative Commons 

Avstraliyada təhsil almaq, işləmək və ya mühacirət etmək üçün ingilis dilini lazımi səviyyədə bildiyinizi IELTS imtahanları ilə sübut edin. Avstraliyada təxminən 900 ali təhsil müəssisəsi və proqramları IELTS imtahanını ingilis dili biliyinin göstəricisi hesab edir

AVSTRALİYADA TƏHSİL VƏ İŞ

Avstraliyadakı universitetlər və təşilatlar etiraf edirlər ki, IELTS Sizin ingilis dilini başa düşmək, oxumaq, yazmaq və danışmaq bacarığınızı düzgün əks etdirir. Bu imtahan ingilis dili biliyinin qiymətləndirilməsi üzrə dünyanın aparıcı mütəəssisləri tərəfindən işlənib hazırlanmışdır.

Bizim onlayn axtarış mənbəyimizdə IELTS imtahanlarını qəbul edən Avstraliya təşkilatları haqqında müfəssəl məlumat verilir. Avstraliyada təhsil haqqında məlumatı Avstraliyada təhsil mənbəyindən əldə etmək olar.

AVSTRALİYAYA MÜHACİRƏT

IELTS Avstraliya Miqrasiya Vizası əsasında mühacirət prosesinin bir hissəsidir.

Bu imtahan əsas ərizəçilər, onların həyat yoldaşları və himayəsində olan, 18 yaşdan yuxarı şəxslər üçün tələb olunur. Siz IELTS üzrə qeydiyyatdan keçməzdən əvvəl IELTS ballarını, eləcə də Avstraliyada tələb olunan düzgün versiyanı (Akademik və ya Ümumi Təlim) yoxlamalı olacaqsınız.  

Siz Australiya Hökumətinin Mühacirət və Vətəndaşlıq Departamentinin şəbəkə saytında mühacirət və tələbə vizası ilə əlaqədar mühacirət prosedurları haqqında ətraflı məlumat ala bilərsiniz.