Görmə, eşitmə, danışıq və ya öyrənmə çətinlikləriniz olarsa, rəsmi IELTS imtahan mərkəzlərimiz kömək edə bilər. IELTS-in dəyişdirilmiş versiyasına ehtiyacınız olarsa, xahiş edirik, imtahan mərkəzinə üç ay öncədən bildirin.
Xüsusi görülməli tədbirlər (məsələn, əlavə vaxt) edilməli olarsa, o zaman imtahan mərkəzinə altı həftə öncədən bildirin.
İngilis dili biliyiniz, ola biləcəyiniz hər hansı əlillik və ya xüsusi ehtiyaclardan asılı olmayaraq, obyektiv olaraq qiymətləndiriləcək.
Xüsusi görülməli tədbirlər nələri ehtiva edir?
- braille şriftli sənədlər
- lazımi dayanmalar və fasilələr olan xüsusi Dinləmə CD-si
- dinləmə hissəsinin dodaqla oxuma versiyası
- böyüdülmüş çap və ya Braille şriftli Danışıq hissəsində tapşırıq kartları.
Hansı yardım əldə edə bilərəm?
Görmə çətinlikləriniz varsa, bunları təmin edə bilərik:
- böyüdülmüş çap
- Braille şriftli imtahan sənədləri
- sizin əvəzinizə cavabları yazmaq üçün şəxsi katib.
Eşitmə çətinlikləriniz varsa, bunları təklif edə bilərik:
- xüsusi səs gücləndirici avadanlıq
- dinləmə hissəsini dodaqla oxuma versiyası.
Əgər disleksiyanız (nitq çətinlikləri) varsa, bunları təşkil edə bilərik:
- Oxuma və Yazma testləri üçün əlavə vaxt.
Modifikasiya edilmiş IELTS imtahan versiyasını tələb edə biləcək xüsusi ehtiyaclarınız varsa, xahiş edirik, mümkün qədər tez imtahan mərkəzimizlə ielts@britishcouncil.az e-poçt ünvanı və ya +99412 497 15 93 telefon nömrəsi ilə əlaqə saxlayın.