IELTS imtahanınız üçün bizimlə onlayn qeydiyyatdan keçə bilərsiniz.

UKVİ üçün IELTS qeydiyyatı burada.

İmtahanınızı sifariş etməzdən əvvəl

  1. Əlinizdə etibarlı şəxsiyyət vəsigəsinin (və ya pasport) olduğuna əmin olun, çünki imtahanınızı sifariş etdiyiniz zaman onun aydın fotosurətini yükləməlisiniz. Xahiş edirik, 18 yaşına çatmamış iştirakçılar imtahan  üçün müraciət etmək məqsədilə, valideyn və ya qəyyumun yazılı razılığını təmin etməli olduqlarını nəzərə alsınlar.
  2. İmtahan formatı, sual növləri və imtahan nəticələri haqqında mühüm məlumatları ehtiva edən Namizədlər üçün Məlumat kitabçasını yükləyin və oxuyun. Xahiş edirik, IELTS 16 yaşına çatmamış imtahan iştirakçıları üçün tövsiyə edilmədiyini nəzərə alın. 
  3. İmtahanınız üçün ödəniş edin. İmtahanınız üçün ödənişi onlayn qeydiyyat sistemimiz və ya bank köçürməsi vasitəsilə edə bilərsiniz. Bizim bank rekvizitlərimizi buradan yükləyə bilərsiniz. Ödənişinizin arayış (Reference) bölməsində xahiş edirik məlumatlarınızı sonrakı formatında yazın: [IELTS / ad və soyad / imtahan tarixi].
  4. Ödəniş etdikdən sonra, xahiş edirik, ödəniş qəbzini qeydiyyat sənədlərinizin qalan hissəsi ilə birlikdə bizə bu ünvana göndərin: ielts@britishcouncil.az.

IELTS imtahan tarixinin təsdiqlənməsi

Qeydiyyat prosesini tamamladıqdan sonra, siz imtahanın başlama vaxtı və məkan ünvanını bildirən təsdiq alacaqsınız.

İmtahanızın Danışıq hissəsi digər hissələrlə eyni gündə və ya əsas imtahan günündən bir həftə əvvəl təyin oluna bilər. İmtahan mərkəzi sizə Danışıq imtahan hissəsinizi tarixinə dair təsdiq göndərəcək.

İmtahanınızı sifariş etdikdən sonra, siz həmçinin ödənişsiz Road to IELTS onlayn kursumuza giriş kodlarınızı e-poçt vasitəsilə birbaşa alacaqsınız.

Siz həmçinin İmtahan İştirakçıları Portalına giriş üçün IELTS Qeydiyyat Nömrəsi alacaqsınız. Xahiş edirik, imtahanınızı sifariş etdiyiniz zaman e-poçt ünvanınızı düzgün daxil etdiyinizə əmin olun.