Azərbaycanda Onlayn Müəllim İcması dövlət məktəblərində ingilis dili müəllimlərinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə yaxın əməkdaşlıq şərtlərində hazırlanmış və nazirlik tərəfindən təsdiqlənmiş müəllimlərin inkişafı proqramını təklif etməyə davam edir.

İnkişaf proqramı 11 həftəlik (42 akademik saat) müddəti əhatə edir və iştirak edən müəllimlərə sinxron və asinxron təlim imkanları təklif edir. Müəllimlər proqram çərçivəsində müəllimlər üçün özünütəlim modullarını yerini yetirmək, forum müzakirələrində iştirak etmək, canlı vebinar sessiyalarına qoşulmaq və reflektiv jurnallar hazırlamaq üçün yaşadıqları coğrafi regiondakı həmkarları və ölkədəki digər müəllimlərlə əlaqə yaradır. 

İndiyə qədər 1500-dən çox ingilis dili müəllimi platformada təklif edilən onlayn peşəkar inkişaf fəaliyyətlərindən faydalanıb.

Proqrama qoşulmaq haqqında ətraflı məlumat almaq üçün konul.ahmadova@britishcouncil.az e-poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.