Gələcəyin ingilis dili (Future English) Layihəsinin Onlayn Müəllim İcması ingilis dili müəllimləri üçün nəzərdə tutulmuş onlayn platformadır.

Platforma regionda minlərlə ingilis dili müəllimini əhatə edən unikal, sərhədsiz, rəqəmsal yerdir. Onlar burada görüşə, təcrübə və biliklərini paylaşa, sinxron və asinxron təlimə çıxış əldə edə və təlim keçmiş fasilitatorların idarə etdiyi təhlükəsiz məkanda əldə etdikləri irəliləyişi sənədləşdirə bilərlər.

Platforma müəllimlərin British Council və Böyük Britaniyanın ELT sektorunun digər müvafiq resurslarına inteqrasiya olunmuş çıxış əldə etməsinə və kiçik və daha böyük təcrübə icmaları vasitəsilə innovasiya və problemləri müzakirə edib paylaşmasına imkan verir.

Burada müəllimlərin müəyyən bir sahə üzrə biliklərini dərinləşdirmək üçün bütün iştirakçı ölkələrin müəllimləri ilə əlaqə saxlamasına şərait yaradan Xüsusi Maraq Qrupları (SIG) da fəaliyyət göstərir.

OMİ platforması hal hazırda yalnız dövlət məktəbinin müəllimləri üçün nzərdə tutulub. Əlavə məlumat və proqrama qoşulmaq üçün Könül Əhmədovaya müraciət edə bilərsiniz konul.ahmadova@britishcouncil.az.